Tarix:02/09/15
Müqayisə üçün, 6 ay ərzində «Windows 8» ƏS-nin 100 milyon lisenziyası satılıb. Proqram nəhənginin proqnozuna əsasən, yaxın 2-3 ildə fərdi kompüterlər, smartfonlar, planşetlər, noutbuklar və oyun konsolları daxil olmaqla təxminən 1 milyard qurğu «Windows 10» əməliyyat sistemi ilə işləyəcək.
Analitiklərin hesabatına əsasən, iyulda «Windows 10» platformasının bazar payı 0,39 faiz, avqustda isə daha 4,82 faiz artıb. Beləliklə, bu sistem qısa müddətdə 5 faizlik baryeri ötməyə müvəffəq olub.
Məlumat üçün bildirək ki, «Windows 7» platforması ən tələbatlı (57,6 faiz) sistem olaraq qalır. «Mac» kompüterləri üçün «OS X» sistemindən 7,53 faiz insan istifadə edir. «Linux» platformasında bu göstərici 1,63 faiz təşkil edir.
Emil Hüseynov
«Windows 10» sürətlə populyarlaşır
«Net Applications» şirkətinin tədqiqatına əsasən, 29 iyul tarixində istifadəyə verilmiş «Windows 10» əməliyyat sistemi «Windows Vista» və «Windows 8» platformalarını geridə qoyaraq bir ay ərzində dünya bazarında 5,21 faizlik paya sahiblənib. «Microsoft» şirkətinin ilk dəfə «Windows 7», «8» və «8.1» istifadəçiləri üçün ödənişsiz yaydığı yeniləmə paketi 4 həftə ərzində 75 milyondan çox fərdi kompüterə quraşdırılıb.Müqayisə üçün, 6 ay ərzində «Windows 8» ƏS-nin 100 milyon lisenziyası satılıb. Proqram nəhənginin proqnozuna əsasən, yaxın 2-3 ildə fərdi kompüterlər, smartfonlar, planşetlər, noutbuklar və oyun konsolları daxil olmaqla təxminən 1 milyard qurğu «Windows 10» əməliyyat sistemi ilə işləyəcək.
Analitiklərin hesabatına əsasən, iyulda «Windows 10» platformasının bazar payı 0,39 faiz, avqustda isə daha 4,82 faiz artıb. Beləliklə, bu sistem qısa müddətdə 5 faizlik baryeri ötməyə müvəffəq olub.
Məlumat üçün bildirək ki, «Windows 7» platforması ən tələbatlı (57,6 faiz) sistem olaraq qalır. «Mac» kompüterləri üçün «OS X» sistemindən 7,53 faiz insan istifadə edir. «Linux» platformasında bu göstərici 1,63 faiz təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)