Tarix:08/09/15
“ICTnews” Elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Xaçmazda “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı keçirilən tədbirdə söyləyib. O bildirib ki, peykdən çəkilmiş şəkillər operativ addımlar atmağa imkan verəcək.
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin institutsional struktur islahatların tərkib hissəsi olduğunu vurğulayan İlham Bayramov deyib ki, bu sistem formalaşdıqdan sonra fermerlərə subsidiyaların verilməsi daha asan və şəffaf formada həyata keçiriləcək. Eyni zamanda fermerlərin istəklərinin daha sürətli və adekvat formada əldə edilməsinə şərait yaranacağını önə çəkən aparat rəhbərinin sözlərinə görə, yeni sistemin qurulması şəffaflığı təmin etməklə yanaşı, kənd təsərrüfatı sahəsində çalışan insanların üzləşdikləri bəzi problemlər tamamilə aradan qaldırılacaq:
“İlkin olaraq peyk şəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə məhsuldarlığın artırılması ilə bağlı operativ addımlar atmağa imkan yaradacaq. Azərbaycanın imkanları getdikcə artır. Ölkənin internet infrastrukturu, xidmətlərin elektronlaşdırılması hər addımda hiss olunur. İKT-nin geniş tətbiqi insanlara qarşılaşdıqları məsələləri bir neçə dəqiqə ərzində həyata keçirməyə şərait yaradır”.
SEYMUR
Məhsuldarlığın artırılması üçün peyk şəkillərindən istifadə ediləcək
Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün peyk şəkillərindən istifadə ediləcək.“ICTnews” Elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Xaçmazda “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı keçirilən tədbirdə söyləyib. O bildirib ki, peykdən çəkilmiş şəkillər operativ addımlar atmağa imkan verəcək.
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin institutsional struktur islahatların tərkib hissəsi olduğunu vurğulayan İlham Bayramov deyib ki, bu sistem formalaşdıqdan sonra fermerlərə subsidiyaların verilməsi daha asan və şəffaf formada həyata keçiriləcək. Eyni zamanda fermerlərin istəklərinin daha sürətli və adekvat formada əldə edilməsinə şərait yaranacağını önə çəkən aparat rəhbərinin sözlərinə görə, yeni sistemin qurulması şəffaflığı təmin etməklə yanaşı, kənd təsərrüfatı sahəsində çalışan insanların üzləşdikləri bəzi problemlər tamamilə aradan qaldırılacaq:
“İlkin olaraq peyk şəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə məhsuldarlığın artırılması ilə bağlı operativ addımlar atmağa imkan yaradacaq. Azərbaycanın imkanları getdikcə artır. Ölkənin internet infrastrukturu, xidmətlərin elektronlaşdırılması hər addımda hiss olunur. İKT-nin geniş tətbiqi insanlara qarşılaşdıqları məsələləri bir neçə dəqiqə ərzində həyata keçirməyə şərait yaradır”.
SEYMUR
Baxış sayı: 770
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet