12px13px15px17px
Tarix:11/09/15

Azərbaycan Təhsil Şəbəkəsinə daha 41 təhsil müəssisəsi qoşulub

“Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, 2015-ci ilin avqust ayı ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərini, Tovuz, Bərdə, İsmayıllı və Gədəbəy rayonlarını əhatə edən 41 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu günədək ATŞ-ə qoşulmuş 2000 təhsil müəssisəsi yüksəksürətli internetlə təmin olunub. Həmin təhsil müəssisələri bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə keyfiyyətli kommunikasiya qurmaq imkanı qazanıblar.
 
ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtr sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.
 
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə əlavə olaraq, ölkə üzrə 1200 ədəd monoblok “Lenovo” stolüstü kompüteri paylanılıb. Həmin kompüterlər informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024