Tarix:14/09/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sözügedən görüş “Glenfiddich” brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönələn “Family Run by Glenfiddich” layihəsi çərçivəsində keçiriləcək.
Fuad Axundov layihəyə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edəcək. İlk görüşə qonaq qismində Azərbaycanın tanınmış neft sənayeçiləri nəsillərindən birinin davamçısı olan Ramiz Aşurbəyov dəvət olunub.
“Aşurbəyovlar – neft sənayesinin görkəmli simalarının mənsub olduğu zadəgan nəslidir. Nəslin nümayəndələri müxtəlif peşə sahibləri olublar: mülkədar, sahibkar, mesenat, elm xadimi və s. Aşurbəyovlar haqqında 2 verilişin müəllifiyəm və onların malikanəsinə çoxsaylı ekskursiyalar təşkil etmişəm”, - deyə görüşün iştirakçılarına adıçəkilən soyun zəngin tarixi, keçmişi və hazırkı durumu haqqında danışan Fuad Axundov bildirib.
Qeyd edək ki, layihənin növbəti qonağı Azərbaycanın görkəmli Həsənovlar və Səfərəliyevlər soylarının nümayəndələri olacaq.
Aynur Vəliyeva
Bakıda bloggerlərlə görüş keçiriləcək
Sentyabrın 17-də tanınmış tarixçi, “Bakı sirləri” silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun Azərbaycan bloggerləri ilə görüşü baş tutacaq.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sözügedən görüş “Glenfiddich” brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönələn “Family Run by Glenfiddich” layihəsi çərçivəsində keçiriləcək.
Fuad Axundov layihəyə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edəcək. İlk görüşə qonaq qismində Azərbaycanın tanınmış neft sənayeçiləri nəsillərindən birinin davamçısı olan Ramiz Aşurbəyov dəvət olunub.
“Aşurbəyovlar – neft sənayesinin görkəmli simalarının mənsub olduğu zadəgan nəslidir. Nəslin nümayəndələri müxtəlif peşə sahibləri olublar: mülkədar, sahibkar, mesenat, elm xadimi və s. Aşurbəyovlar haqqında 2 verilişin müəllifiyəm və onların malikanəsinə çoxsaylı ekskursiyalar təşkil etmişəm”, - deyə görüşün iştirakçılarına adıçəkilən soyun zəngin tarixi, keçmişi və hazırkı durumu haqqında danışan Fuad Axundov bildirib.
Qeyd edək ki, layihənin növbəti qonağı Azərbaycanın görkəmli Həsənovlar və Səfərəliyevlər soylarının nümayəndələri olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet