12px13px15px17px
Tarix:14/09/11

Avropalıların üstünlük verdiyi qurğular

“ComScore” analitik şirkəti Avropa bazarında may-iyul ayları üzrə smartfonların tədqiqat nəticələrini dərc edib. Hələ ki satılmış smartfonların sayına görə əvvəlki kimi “Symbian” ilə işləyən modellər liderlik edir, lakin bu əməliyyat sisteminin payı sürətlə azalmaqdadır.

1 il ərzində “Nokia” şirkətinin platformasının populyarlığı 16,1 faiz, 53,9%-dən 37,8%-ə qədər azalıb. “Android” əməliyyat sisteminin populyarlığı isə əksinə, demək olar ki, elə 16.1%-ə qədər, 6%-dən 22.3%-ə qədər artıb. 20,3% göstərici ilə “iOS” liderlər üçlüyünü tamamlayır.

“Android” smartfon istehsalçılarına gəlincə isə avropalılar əsasən “HTC” və “Samsung” aparatlarına üstünlük verirlər. Tayvan qurğularını isə Böyük Britaniyada çox sevirlər.



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024