12px13px15px17px
Tarix:23/09/15

Əmlak Məsələləri Dövlət Komitəsi kadastr məlumat bazasına Şəki rayonunun kəndləri və inzibati əraziləri haqda məlumatları daxil edəcək

Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi kadastr məlumat bazasını genişləndirmək məqsədi ilə tədbirlər görür.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ilin sonunadək kadastr məlumat bazasının hazırlanması üçün Şəki rayonunun bir sıra kəndlərində və İnzibati Nümayəndəlikləri ərazisində ölçmə işlərinin həyata keçirilməsinə başlanacaq.
 
Hazırda komitə qeyd edilən işləri həyata keçirəcək müvafiq şirkətlərlə danışıqlar aparır.
 
Xatırladaq ki, məlumat bazasının genişləndirilməsi məqsədilə həmçinin Gəncənin
də kəndlərində və inzibati ərazilərində ölçmə işlərinin aparılması nəzərdə tutulur.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024