12px13px15px17px
Tarix:23/09/15

Azərbaycanda yeni “Microsoft Office 2016” istifadəyə verilib

 “Microsoft Office 2016” yeni tətbiqlər paketi Azərbaycan istifadəçilərinin və şirkətlərin ixtiyarına verilib. “Office 2016” – əksəriyyətə tanış olan tətbiqlərin əvvəlki versiyalarının ən yaxşı keyfiyyətlərini və maksimal effektiv əməkdaşlıq üçün bir sıra faydalı funksiyaları birləşdirən son versiyasıdır.
 
 
“Son zamanlar insanların işə münasibəti əhəmiyyətli dərəcədə dəyişib. Bununla əlaqədar olaraq “Microsoft” mobil və bulud texnologiyalarının ön plana keçdiyi müasir dünyanın tələblərinə cavab verməsi məqsədilə biznes prosesləri yenidən öyrənir. Bizim son innovasiyalarımız “Office”in hamımıza tanış işçi proqramlar toplusundan məhsuldar qarşılıqlı iş və əməkdaşlıq üçün yaradılmış bir-birilə qarşılıqlı əlaqəli olan tətbiq və xidmətlərə çevrilməsinin əsasını təşkil edib”, - deyə “Microsoft” korporasiyasının prezidenti Satya Nadella bildirib.
 
 
“Windows” əməliyyat sistemində fəaliyyət göstərən fərdi kompüterlərin “Office 2016” paketinə “Word”, “PowerPoint”, “Excel”, “Outlook”, “OneNote”, “Project”, “Visio” və “Access” kimi ofis proqramlarının ən yeni versiyaları daxil edilib (“Microsoft Office” və ya “Office 365” proqram təchizatlarından asılı olaraq).
 
 
“Office” - ənənəvi olaraq geniş populyarlıq qazanan əsas baza proqram məhsullarından biridir. “Office 2016” – “Microsoft” tərəfindən ortaq fəaliyyət üçün yeni imkanlarla təqdim olunan ən son versiya proqramlar toplusudur.
 
 
Birgə fəaliyyət üçün ən yaxşı alətlər
 
“Office 2016” tətbiqi gündəlik məsələləri daha cəld həll etməyə imkan verməklə birgə fəaliyyəti effektiv edir.  
 
“Microsoft Word”, “PowerPoint” və “OneNote” artıq sənədlərin birgə və real vaxtda redaktəsi imkanı təklif edir: layihənin hər bir iştirakçısı sənədin müxtəlif hissələrində aparılan dəyişiklikləri və dəyişikliklərin kim tərəfindən edildiyini izləyə bilir.
 
 
Tezliklə kommersiya müştəriləri üçün “OneDrive” xidmətinin yenilənməsi təqdim olunacaq ki, burada sinxronlaşdırma, axtarış, mobillik, İT nəzarət və tərtibat funksiyaları əhatə olunacaq. “Windows” və “Mac” üçün yeni nəsil “müştəri” istifadəçilərə daha etibarlı sinxronizasiya, artırılmış yaddaş, həmçinin böyük həcmli fayllarla işləmək imkanları verəcək.
 
 
Sizin üçün işləyir
 
“Outlook 2016” – sürətli axtarış və az əhəmiyyətli məktubların ləğv edilməsi funksiyalarına malik “ağıllı” poçt proqramıdır. Xidmət həmçinin buludda saxlanılan sənədlərə girişi də təmin edir.
 
 
“Tell Me” (“Köməkçi”) “Office 2016”-da gərəkli funksiya və ya əmri cəld tapacaq. “Smart Lookup” («İntellektual axtarış») funksiyası öz növbəsində internetdə lazımi məlumatı taparaq sənədə əlavə edəcək.
“Excel 2016” ya “Power BI”, həmçinin verilənlərin daha dəqiq təsviri üçün yeni növ diaqramlar inteqrasiya olunub.
 
Tez-tez istifadə olunan faylların siyahısı istifadəçilərə sənədlərlə işi istənilən cihazdan dayandırılmış yerdən davam etdirməyə imkan verəcək. Bu funksiya “Office”in masaüstü versiyası ilə yanaşı, “Office Online” və “Office Mobile”da təqdim olunacaq.
 
Təhlükəsiz “Office”
 
 
“Office 365”-ə daxil olan “Office 2016” tətbiqləri təhlükəsizlik səviyyəsinin artırılması, şirkətin əməkdaşları və sənədlərinin qorunması üçün yeni parametrlərlə təchiz olunub. Müəssisənin verilənlərinin mühafizəsi cari ilin sonunda “Windows 10” üçün olan “Microsoft Office”in masaüstü və mobil tətbiqlərində təqdim olunacaq. Bu müəssisə daxili birgə fəaliyyətin mühafizəsini mümkün edəcək.
 
Məlumatların itməsinə qarşı quraşdırılmış mühafizə vacib verilənlərin sızma riskini əhəmiyyətli dərəcədə azaldır. İT administratorlar müəlliflik siyasətini və sənədlərlə birgə işi idarə etmək hüququ əldə edirlər.
 
Çoxfaktorlu təsdiqləmə sistemi korporativ şəbəkədən kənarda təhlükəsiz girişi təmin edir.
 
Əlçatanlıq və tələblər
 
Yeni “Office 2016” tətbiqləri 47 dildə “Windows 7” və daha yeni əməliyyat sistemlərində, həmçinin “Mac”, “iOS” və “Android” sistemlərində çalışan cihazlarda təqdim olunur.
 
 
“Office 2016”-nın yeni versiyasının əsas özəlliyi krosplatformalılıqdır. Bu o deməkdir ki, “Office”in yeni versiyasının daxil olduğu paket bütün tanınmış sistemlərdə - “Andoid”, “iOS”, “Mac” və ya “Windows” - fəaliyyət göstərəcək ki, bu da məhsul alıcılarının sayının əhəmiyyətli dərəcədə artacağına imkan verir.
 
 
“Office 365”-in abunəçiləri abunələrinin tərkib hissəsi olaraq “Office 2016”-nı yükləyə bilərlər.



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024