12px13px15px17px
Tarix:30/09/15

«Windows 10» əməliyyat sistemi ilə işləyən qurğuların sayı 100 milyonu ötüb

«Microsoft» korporasiyasının yeni «Windows 10» əməliyyat sisteminin (ƏS) təqdim edilməsindən  iki ay sonra müxtəlif qurğularda quraşdırılmış  ƏS-nin sayı 100 milyonu ötüb.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «Windows 10» platformasının satışa çıxarılmasından 24 saat ərzində 14 milyon quraşdırma qeydə alınıb. İki həftə sonra bu göstərici 50 milyona yaxınlaşıb ki, bu da bazarın 5 faizi deməkdir. Məlumat üçün bildirək ki, bir ay sonra bu göstərici 75 milyon təşkil edib.
 
 
«Microsoft» korporasiyasının nümayəndələri «Windows 10» sisteminin 3 milyard qurğuya quraşdırılması ilə bağlı proqnozlarını  elan ediblər.
 
İndiki tempi nəzərə alsaq, bu niyyət həyata keçə bilər. Belə artım tempi yeni ƏS-nin  "Windows 7»-dən başlayaraq bütün lisenziyalı ƏS-nin sahiblərinə təklif edilməsi ilə bağlıdır.

EMİL



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024