12px13px15px17px
Tarix:30/09/15

“Android” sistemli qurğu istifadəçilərinin sayı 1,4 milyarda çatıb

"Google" şirkətinin baş direktoru Sundar Piçai yeni "Nexus" smartfonlarının nümayişindən əvvəl "Android" mobil əməliyyat sistemindən istifadə edənlərin sayının 1,4 milyard nəfərə çatmasını bildirib.  
 
Onun sözlərinə görə, mobil platformanın populyarlığı "Google"un həmişə geniş və açıq ekosistemlərə diqqət yetirməsi ilə əlaqədardır. "Android" istifadəçilərinin sayının artması təsir bağışlayandır, çünki bir neçə ay əvvəl şirkət "Google I/O" konfransında 1 milyard aktiv istifadəçisinin olmasını açıqlayıb.
 
Bu faktı "Google Play" mağazasında bir sıra əlavələrin 1 milyard dəfədən çox quraşdırılması sübut edir. Bundan başqa, şirkətin servislərinin qadağan olunduğu və "Xiaomi" və "Meizu" kimi yerli mobil elektronika istehsalçılarının öz ekosistemlərindən istifadə etdiyi Çində çoxlu istifadəçinin olması rəsmi statistikadan kənarda qalıb.
 
İstifadəçilərin sayı haqqında söhbəti davam etdirən "Google" nümayəndələri 20 milyon "Chromecast" rəqəmli mediapleyerinin satılmasını da qeyd ediblər.
 
Tədbirin sonunda S.Piçai şirkətin məqsədinin "Android" istifadəçilərinin sayının 2 milyarda çatdırılması olduğunu vurğulayıb, - "4PDA"  yazır. 



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024