12px13px15px17px
Tarix:02/10/15

«Microsoft» əməliyyat sistemləri bazarına nəzarət edir

«Microsoft» yaxın 2-3 ildə «Windows 10» əməliyyat sistemi ilə işləyən qurğuların sayını milyarda çatdırmağı planlaşdırır.
 
 
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən yazır ki, lakin «StatCounter» analitik şirkətinin yeni statistikasına əsasən, 6,93 faiz paya sahib «Windows 10» ƏS-i yalnız beşinci pillədə qərarlaşıb. Nəticədə 29 iyul tarixində çıxarılmış platformanın bazar payı (6,93 faiz) «Windows 8» (3,29 faiz) və «Windows Vista» (1,87 faiz) sistemlərinin birgə göstəricisini ötür, ancaq platforma əvvəlki kimi bazar payı 8,44 faiz təşkil edən «OS X» sistemindən geri qalır.
 
 
Analitik şirkətin məlumatına əsasən, «Windows 7» sisteminin bazar payı 52,57 faiz təşkil edir və bu bazarda liderdir. Əməliyyat sistemləri bazarında ikinci və üçüncü pillələrdə müvafiq olaraq 13,54 və 9,48 paylara sahib «Windows 8.1» və «Windows XP» qərarlaşıb.
 
Emil Hüseynov



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024