12px13px15px17px
Tarix:03/10/15

«Gartner»: «Windows» əməliyyat sistemləri bazarında mövqeyini uduzur

«Gartner» analitiklərinin proqnozuna görə, 2017-ci ilə «Windows» platforması populyarlığına görə kompüter bazarında üçüncü əməliyyat sistemi olacaq.
 
 
Ekspertlərin proqnozuna görə, «Apple» şirkətinin «iOS» və «OS X» platformaları tezliklə ikinci pilləyə yüksələcək.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Gartner»in qiymətləndirməsinə əsasən, 2015-ci ildə 308 milyon qurğu və ya 2,4 milyard ədəd səviyyəsində proqnozlaşdırılan tədarük həcminin 12,9 faizi «Windows» sistemi ilə işləyəcək. Cihazların təxminən 80 faizini smartfonlar təşkil edəcək və əksəriyyəti «Google»un «Android» mobil əməliyyat sistemi ilə işləyəcək.
 
 
Sözügedən analitik şirkətin nümayəndələri hesab edirlər ki, 2015-ci ildə 298 milyon qurğu və ya bazara tədarük edilmiş kompüter cihazlarının 12,4 faizi «iOS/OS X» platformaları ilə işləyəcək. Bir il sonra «Apple» elektronikasının tədarük həcmi 326,6 milyona yaxınlaşacaq.
 
 
Bununla belə, «Microsoft» və «Apple»ın əməliyyat sistemləri «Android»  sistemindən çox geri qalacaq. 2017-ci ildə «Google»un ƏS ilə işləyən qurğuların tədarükü 1,6 milyarda çatacaq. Müqayisə üçün, 2015-ci ildə bu göstərici 1,3 milyard səviyyəsində gözlənilir.
 
 
Emil Hüseynov



Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024