Tarix:06/10/15
Cari ilin iyulunda «Zimperium» şirkətinin əməkdaşı kibercinayətkarlara «Android» mobil əməliyyat sistemi ilə işləyən qurğulara və yaddaşdakı bütün məlumatlara müdaxilə etməyə imkan verən «Stagefright» adlandırılmış boşluq aşkar etmişdi. Bunun üçün zərərli koda malik video birləşdirilmiş «MMS» göndərmək kifayət idi. O zaman operativ yeniləmələr nəticəsində problem aradan qaldırılmışdı.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, ancaq bu yaxınlarda təhlükəsizlik üzrə ekspertlər həmin boşluğun yeni versiyasını aşkar ediblər. İndi kibercinayətkarlar istifadəçilər tərəfindən yüklənilən audio və ya video fayllara virusa yoluxmuş fayllar bərkitmək imkanına malikdirlər.
Qurğuya müdaxilədən sonra hakerlər istifadəçilərin danışığını yaza, onların yazışmalarını oxuya və kamera daxil olmaqla, cihazın daxili funksiyalarını işə sala bilərlər. «Google» artıq bu problemdən xəbərdardır və tezliklə bu boşluğu aradan qaldıracaq yeniləmənin buraxılması haqda bildirib.
Emil Hüseynov
Diqqət: 1 milyarddan çox «Android» qurğusu təhdid altındadır
«Zimperium» şirkətinin mütəxəssisləri 1 milyarddan çox mobil qurğunu təhdid edən «Android» mobil əməliyyat sistemində yeni boşluq aşkar ediblər.Cari ilin iyulunda «Zimperium» şirkətinin əməkdaşı kibercinayətkarlara «Android» mobil əməliyyat sistemi ilə işləyən qurğulara və yaddaşdakı bütün məlumatlara müdaxilə etməyə imkan verən «Stagefright» adlandırılmış boşluq aşkar etmişdi. Bunun üçün zərərli koda malik video birləşdirilmiş «MMS» göndərmək kifayət idi. O zaman operativ yeniləmələr nəticəsində problem aradan qaldırılmışdı.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, ancaq bu yaxınlarda təhlükəsizlik üzrə ekspertlər həmin boşluğun yeni versiyasını aşkar ediblər. İndi kibercinayətkarlar istifadəçilər tərəfindən yüklənilən audio və ya video fayllara virusa yoluxmuş fayllar bərkitmək imkanına malikdirlər.
Qurğuya müdaxilədən sonra hakerlər istifadəçilərin danışığını yaza, onların yazışmalarını oxuya və kamera daxil olmaqla, cihazın daxili funksiyalarını işə sala bilərlər. «Google» artıq bu problemdən xəbərdardır və tezliklə bu boşluğu aradan qaldıracaq yeniləmənin buraxılması haqda bildirib.
Emil Hüseynov
Baxış sayı: 629
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)