Tarix:09/10/15
Bildirilir ki, smartfonlarında daktiloskopik sensorların istifadə olunduğu "Apple" və "Samsung" şirkətlərindən nümunə götürən Çinin əksər "Andoid" model istehsalçıları bu funksiyanı qurğuların spesifikasiyasına daxil edəcəklər.
Bunu nəzərə alaraq növbəti ildə Çin istehsalçıları tərəfindən "Google" şirkətinə məxsus mobil platforma bazasında buraxılacaq smartfonların 30-40 faizinin bu sensorla təchiz edilməsi gözlənilir. Hazırda Çin istehsalı olan "Android" sistemli qurğular arasında istifadəçinin barmaq izinə görə tanınması texnologiyasının tətbiqi səviyyəsi 10-15 faiz qiymətləndirilir.
Bununla yanaşı, bazarda daktiloskopik sensorların qiymətinin azalması və sensor istehsalçıları arasında rəqabətin güclənməsi müşahidə ediləcək.
"Tractica" analitik şirkətinin proqnozuna görə, 2021-ci ilədək daktiloskopik sensorlarla təchiz edilən qurğuların tədarük həcmi 1 milyard ədədi ötəcək. Qeyd olunan müddətədək bazara çıxarılan planşet və smartfonların 34 faizinin belə sensorlarla təchiz edilməsi nəzərdə tutulur, - "DailyComm" yazır.
2016-cı ildə daktiloskopik sensorlar “Android” sistemli smartfonlarda geniş tətbiq ediləcək
2016-cı ildən etibarən "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon istehsalçıları qurğularda əl barmağı izlərinin oxunması üçün sensorların geniş tətbiqinə başlayacaq.Bildirilir ki, smartfonlarında daktiloskopik sensorların istifadə olunduğu "Apple" və "Samsung" şirkətlərindən nümunə götürən Çinin əksər "Andoid" model istehsalçıları bu funksiyanı qurğuların spesifikasiyasına daxil edəcəklər.
Bunu nəzərə alaraq növbəti ildə Çin istehsalçıları tərəfindən "Google" şirkətinə məxsus mobil platforma bazasında buraxılacaq smartfonların 30-40 faizinin bu sensorla təchiz edilməsi gözlənilir. Hazırda Çin istehsalı olan "Android" sistemli qurğular arasında istifadəçinin barmaq izinə görə tanınması texnologiyasının tətbiqi səviyyəsi 10-15 faiz qiymətləndirilir.
Bununla yanaşı, bazarda daktiloskopik sensorların qiymətinin azalması və sensor istehsalçıları arasında rəqabətin güclənməsi müşahidə ediləcək.
"Tractica" analitik şirkətinin proqnozuna görə, 2021-ci ilədək daktiloskopik sensorlarla təchiz edilən qurğuların tədarük həcmi 1 milyard ədədi ötəcək. Qeyd olunan müddətədək bazara çıxarılan planşet və smartfonların 34 faizinin belə sensorlarla təchiz edilməsi nəzərdə tutulur, - "DailyComm" yazır.
Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)