12px13px15px17px
Tarix:10/10/15

“Android” yaradıcısı informasiya texnologiyalarının gələcəyindən danışıb

“Android” mobil əməliyyat sisteminin yaradıcılarından biri Endi Rubin "Code/Mobile” konfransında kompüter və mobil qurğuların gələcəyi ilə bağlı fikirlərini bölüşüb.


O bildirib ki, informasiya texnologiyalarında növbəti addım süni intellekt olacaq. Bir neçə ilə “Google” şirkətinin robot texnikası şöbəsində işləyən E.Rubin deyib ki, növbəti böyük mərhələ işıqfor və ya qabyuyan maşınlar kimi ekranı olmayan qurğuların inkişafının payına düşəcək. “Robot texnikası və avtomatlaşdırılmış sistemlər bütün həyatımıza nüfuz edəcək”, - o qeyd edib.


E.Rubin mobil qurğuları da diqqətdən kənar qoymayıb. O bəyan edib ki, iki əməliyyat sisteminin - "Android” və “iOS”-un lider olduğu dünyada məhdud rəqabət təhlükəsi mövcuddur”. “Məhsul baxımdan baş verə biləcək ən pis amil innovasiyaların inkişafının zəifləməsidir”, - o vurğulayıb.


O həmçinin alıcıların innovativ texnologiyaların istehsalı zamanı tələbatının nəzərə alınmasının vacibliyini qeyd edib. “Mən texnologiya baxımından optimistəm. Güman edirəm ki, istehlak istəyi varsa, deməli, onu yerinə yetirmək lazımdır”, - o əlavə edib, - “Qazeta”  yazır.



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024