Tarix:13/10/15
Şirkət ABŞ brendinin dəyərini 19,7 trilyon məbləğində qiymətləndirib. Qiymətləndirmə ÜDM, investisiya cəlbediciliyi, biznes mühit və digər müxtəlif göstəriciləri özündə birləşdirir. Tədqiqatın müəllifləri ABŞ iqtisadiyyatının miqyasından başqa adı çəkilən ölkədə nəhəng satış bazarını qeyd ediblər.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, dəyərinə görə dünyanın ikinci ölkə brendi olan Çin ötən il ərzində öz dəyərini 1 faiz itirib və indi bu ölkənin brendi 6,31 trilyon dollar məbləğində qiymətləndirilir. Bu, ölkə iqtisadiyyatının artım tempinin zəifləməsi, həmçinin dünyada xammalın ucuzlaşması ilə bağlıdır.
Xammalın ucuzlaşması ən çox Kanada və Avstraliya kimi ixracçı ölkələrə zərər vurub. Bu ölkələrin brendləri müvafiq olaraq 8 faiz və 10 ucuzlaşdı, amma top-10-da qaldı.
Ən bahalı ölkə brendlərinin beşliyində, həmçinin Almaniya (4,17 trilyon dollar, - 4 faiz), Böyük Britaniya (3,01 trilyon dollar, +6 faiz) və Yaponiya (2,54 trilyon dollar, +3 faiz) qərarlaşıb. İlk onluqda yer almış ölkələr arasında Hindistan +32 faiz artım nümayiş etdirib: indi 2,14 trilyon dollar göstərici ilə reytinqin 7-ci pilləsini tutur.
Braziliya ilk onluğu tərk edərək 11-ci pilləyə yuvarlanıb; bu ölkənin brendinin dəyəri 17 faiz azalaraq 1,17 trilyon dollar təşkil edib. Ucuz xammaldan başqa yüksək vəzifəli siyasətçilərin də daxil olduğu korrupsiya qalmaqalı, iqtisadiyyatda tənəzzül və ilk yarımillikdə 500 min iş yerinin itirilməsi Brazliyanın əsas problemləridir. Hətta ötən il futbol üzrə Dünya çempionatı dünya səhnəsində ölkənin imicini yüksəltməyə nail olmayıb.
Rusiyanın brendi 31 faiz ucuzlaşaraq 810 milyard dollar təşkil edib və ölkə indi yalnız 18-ci pilləni tutur. Ötən il 12-ci idi. Rusiya brendinin dəyəri 1,18 trilyon dollar məbləğində qiymətləndirilmişdi. «Brand Finance» qeyd edir, Rusiyanın Suriya münaqişəsində iştirakı və Ukraynadakı münaqişədə rolunun birmənalı qiymətləndirilməməsi ölkə brendinin dəyərinə təsirsiz ötüşməyib.
Bu halda Ukrayna brendinin dəyəri dünyanın bütün ölkələri arasında maksimum templə (45 faiz) azalaraq 44 milyard dollar təşkil edib.
İran artım tempi üzrə lider olub: bu ölkənin brendinin dəyəri ölkənin nüvə proqramı üzrə danışıqlarının uğuru fonunda 59 faiz yüksələrək 159 milyard dollara yaxınlaşıb. ABŞ-la münasibətlərin normallaşması fonunda Kuba hələ ki «top-100»yə daxil olmayıb, ancaq analitiklər əminliklə bildiriblər ki, bu, artıq 2016-cı baş verəcək.
Emil Hüseynov
ABŞ dünyanın ən bahalı ölkə brendi adına layiq görülüb
«Brand Finance» şirkətinin press-relizinə əsasən, ABŞ yenidən dünyanın ən bahalı ölkə brendi seçilib. Halbuki son ildə Rusiya və Ukrayna ən pis dinamikaya malik ölkələrin beşliyində qərarlaşıblar.Şirkət ABŞ brendinin dəyərini 19,7 trilyon məbləğində qiymətləndirib. Qiymətləndirmə ÜDM, investisiya cəlbediciliyi, biznes mühit və digər müxtəlif göstəriciləri özündə birləşdirir. Tədqiqatın müəllifləri ABŞ iqtisadiyyatının miqyasından başqa adı çəkilən ölkədə nəhəng satış bazarını qeyd ediblər.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, dəyərinə görə dünyanın ikinci ölkə brendi olan Çin ötən il ərzində öz dəyərini 1 faiz itirib və indi bu ölkənin brendi 6,31 trilyon dollar məbləğində qiymətləndirilir. Bu, ölkə iqtisadiyyatının artım tempinin zəifləməsi, həmçinin dünyada xammalın ucuzlaşması ilə bağlıdır.
Xammalın ucuzlaşması ən çox Kanada və Avstraliya kimi ixracçı ölkələrə zərər vurub. Bu ölkələrin brendləri müvafiq olaraq 8 faiz və 10 ucuzlaşdı, amma top-10-da qaldı.
Ən bahalı ölkə brendlərinin beşliyində, həmçinin Almaniya (4,17 trilyon dollar, - 4 faiz), Böyük Britaniya (3,01 trilyon dollar, +6 faiz) və Yaponiya (2,54 trilyon dollar, +3 faiz) qərarlaşıb. İlk onluqda yer almış ölkələr arasında Hindistan +32 faiz artım nümayiş etdirib: indi 2,14 trilyon dollar göstərici ilə reytinqin 7-ci pilləsini tutur.
Braziliya ilk onluğu tərk edərək 11-ci pilləyə yuvarlanıb; bu ölkənin brendinin dəyəri 17 faiz azalaraq 1,17 trilyon dollar təşkil edib. Ucuz xammaldan başqa yüksək vəzifəli siyasətçilərin də daxil olduğu korrupsiya qalmaqalı, iqtisadiyyatda tənəzzül və ilk yarımillikdə 500 min iş yerinin itirilməsi Brazliyanın əsas problemləridir. Hətta ötən il futbol üzrə Dünya çempionatı dünya səhnəsində ölkənin imicini yüksəltməyə nail olmayıb.
Rusiyanın brendi 31 faiz ucuzlaşaraq 810 milyard dollar təşkil edib və ölkə indi yalnız 18-ci pilləni tutur. Ötən il 12-ci idi. Rusiya brendinin dəyəri 1,18 trilyon dollar məbləğində qiymətləndirilmişdi. «Brand Finance» qeyd edir, Rusiyanın Suriya münaqişəsində iştirakı və Ukraynadakı münaqişədə rolunun birmənalı qiymətləndirilməməsi ölkə brendinin dəyərinə təsirsiz ötüşməyib.
Bu halda Ukrayna brendinin dəyəri dünyanın bütün ölkələri arasında maksimum templə (45 faiz) azalaraq 44 milyard dollar təşkil edib.
İran artım tempi üzrə lider olub: bu ölkənin brendinin dəyəri ölkənin nüvə proqramı üzrə danışıqlarının uğuru fonunda 59 faiz yüksələrək 159 milyard dollara yaxınlaşıb. ABŞ-la münasibətlərin normallaşması fonunda Kuba hələ ki «top-100»yə daxil olmayıb, ancaq analitiklər əminliklə bildiriblər ki, bu, artıq 2016-cı baş verəcək.
Emil Hüseynov
Baxış sayı: 522
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı