12px13px15px17px
Tarix:23/10/15

25 oktyabr 2015-ci il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
 
Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
 
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 oktyabr 2015-ci il tarixində saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir.



Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Dekabr 2024

17 12 2024