12px13px15px17px
Tarix:16/09/11

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

Sentyabrın 15-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

İclasda “Antenn” Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, “Dünya” Müstəqil Televiziya Şirkətinin və “Mingəçevir” televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ “Televiziya və radio yayımı haqqında” 2002-ci il 25 iyun tarixli Qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Antenn” Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, “Dünya” Müstəqil Televiziya Şirkətinin “Mingəçevir” televiziyasının regional televiziya yayımı üçün lisenziya müddətinin daha altı il uzadılması barədə qərar qəbul edib.

Bundan başqa, “SKY” MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin uzadılması üçün Şuraya müraciət edilmədiyindən “Televiziya və radio yayımı haqqında” Qanunun 22.3-cü maddəsinin tələblərinə uyğun olaraq “SKY” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq lisenziya müddətinin uzadılmaması barədə qərar qəbul edilib.



Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024