12px13px15px17px
Tarix:30/10/15

«Windows 10» sistemindən istifadə edənlərin sayı 120 milyonu ötüb

«Windows 10» əməliyyat sisteminin (ƏS) yekun versiyası cari il iyulun 29-da çıxarılıb, bundan sonra «Windows 7» və «Windows 8.1» sahibləri ödənişsiz yeniləmə alıblar.

ƏS-nin çıxarılmasından sonra 3 ay ərzində «Windows 10» platformasını öz kompüterinə quraşdıranların sayı 120 milyonu ötüb.
 
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən yazır ki, statistikaya görə, sözügedən sistemin yayılma tempi artır, çünki quraşdırılmış «Windows» surətlərinin sayı bir neçə dəfə artıb.
 
Təxmin edilir ki, ƏS-nin yayılma tempi artacaq və bu yeniləmə proqram təminatı tarixdə ən genişmiqyaslı olacaq. Məsələ bundadır ki, noyabrın əvvəlində «Windows 10» üçün böyükmiqyaslı yeniləmənin çıxarılışı planlaşdırılıb.
 
«Microsoft»un hədəfi yaxın 3 ildə «Windows 10» sisteminin 1 milyard qurğuya quraşdırılmasına nail olmaqdır.
 
Emil Hüseynov



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024