12px13px15px17px
Tarix:02/11/15

«Facebook»un məhsul üzrə direktoru əməkdaşların çox hissəsini «iPhone»dan «Android» platformasına keçməyə məcbur edib

«Facebook»un məhsul üzrə direktoru Kris Koks öz komandasındakı əməkdaşların çox hissəsini «iPhone»dan «Android» platformasına keçməyə məcbur edib. Onun fikrincə, bu halda şirkətin əməkdaşları sosial şəbəkənin əksər istifadəçilərinin problemindən xəbərdar olacaqlar.
 
 
«ICTnews.az» saytı «vc.ru» saytına istinadən yazır ki, hazırda «Facebook»un istifadəçilərinin çox hissəsi (inkişaf etməkdə olan ölkələrdən yeni istifadəçilər) «Android» smartfonlarından istifadə edir. Sosial şəbəkənin əməkdaşları səhvləri aşkar edəcək və bir çox başqa istifadəçilər kimi, «Facebook»dan istifadənin müvafiq təcrübəsini sınaqdan keçirəcəklər.
 
 
Xatırladaq ki, 27 oktyabr tarixində «Facebook» rəhbərliyi öz əməkdaşlarına "2G çərşənbə axşamları" təşəbbüsünü təklif edib. Belə ki, həftənin bu günündə əməkdaşlara aşağısürətli internetdən istifadə etmək təklif edilib ki, onlar Hindistan və ya Keniya kimi inkişaf etməkdə olan bazara malik ölkələrdə sosial şəbəkənin necə işləməsini əyani hiss etsinlər.
 
 
Emil Hüseynov



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024