Tarix:16/09/11
Bu məsələlər sentyabrın 13-16-da Avstriyada BMT, Avstriya hökuməti və Avropa Kosmik Agentliyinin sabit inkişaf məqsədilə kiçikhəcmli peyklərin proqramlarının tətbiqi üzrə keçirilən III simpoziumunda nəzərdən keçirilir. Azərbaycanı simpoziumda institutun direktoru Rasim Əliquliyev təmsil edir.
Simpoziumun gedişində kiçikhəcmli peyklərin proqramlarının maliyyələşdirilməsi və istifadəsi, tezliklərin bölüşdürülməsi və kosmik fəza, kosmik zibilin əmələ gəlməsi barədə xəbərdarlıq tədbirləri və digər mövzulara aid məsələlər öyrənilir. Həmçinin bu peyklərin qeydiyyatı və onlar üçün tezliklərin təyini məsələləri Beynəlxalq Telekommunikasiya İttifaqı ilə müzakirə olunur.
Azərbaycan orbitə iki peyk göndərməyə hazırlaşır. Birinci telekommunikasiya peyki olan "Azərspace" orbitə 2012-ci ilin sonunda buraxılacaq.
"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi 46 dərəcə şərq uzunluğu orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspase" şirkəti məşğul olacaq.
İkinci peykə gəlincə, o, alçaqorbitli olacaq və ondan kartoqrafiya işləri, geoloji tədqiqatlar və sair işlərdə Yerin məsafədən qavranılması üçün istifadə olunacaq. Onun 2014-cü ildə orbitə göndərilməsi gözlənilir.
Azərbaycanda kiçik peyk proqramlarının yaradılması öyrənilir
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu kiçik peyk proqramlarının inşası təcrübəsini və problemlərini öyrənir.Bu məsələlər sentyabrın 13-16-da Avstriyada BMT, Avstriya hökuməti və Avropa Kosmik Agentliyinin sabit inkişaf məqsədilə kiçikhəcmli peyklərin proqramlarının tətbiqi üzrə keçirilən III simpoziumunda nəzərdən keçirilir. Azərbaycanı simpoziumda institutun direktoru Rasim Əliquliyev təmsil edir.
Simpoziumun gedişində kiçikhəcmli peyklərin proqramlarının maliyyələşdirilməsi və istifadəsi, tezliklərin bölüşdürülməsi və kosmik fəza, kosmik zibilin əmələ gəlməsi barədə xəbərdarlıq tədbirləri və digər mövzulara aid məsələlər öyrənilir. Həmçinin bu peyklərin qeydiyyatı və onlar üçün tezliklərin təyini məsələləri Beynəlxalq Telekommunikasiya İttifaqı ilə müzakirə olunur.
Azərbaycan orbitə iki peyk göndərməyə hazırlaşır. Birinci telekommunikasiya peyki olan "Azərspace" orbitə 2012-ci ilin sonunda buraxılacaq.
"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi 46 dərəcə şərq uzunluğu orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspase" şirkəti məşğul olacaq.
İkinci peykə gəlincə, o, alçaqorbitli olacaq və ondan kartoqrafiya işləri, geoloji tədqiqatlar və sair işlərdə Yerin məsafədən qavranılması üçün istifadə olunacaq. Onun 2014-cü ildə orbitə göndərilməsi gözlənilir.
Baxış sayı: 1266
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)