Tarix:04/11/15
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Microsoft»un saytındakı informasiyaya əsasən, «Windows 7 Professional» ƏS ilə işləyən qurğular və lisenziya açarları 31 oktyabr 2016-cı ilədək satılacaq. Bu tarixdən etibarən yalnız «Windows 10» proqram platforması ilə işləyən qurğular satılacaq.
Qeyd edək ki, «Home Basic», «Home Premium» və «Ultimate» redaksiyalarında «Windows 7» platformasının satışı 31 oktyabr 2013-cü il tarixində dayandırılıb. 1 il sonra əməliyyat sisteminin bu redaksiyaları ilə işləyən kompüterlər mağazalardan yoxa çıxıb. Beləliklə, 1 il sonra «Windows 7» ilə işləyən bütün masaüstü kompüterlər və noutbuklar bazardan yoxa çıxacaq.
«Microsoft» korporasiyası «Windows 7» sisteminin populyarlığı sayəsində onu bazardan çıxarmağa tələsmir. «NetMarketShare» xidmətinin məlumatına görə, 2015-ci ilin oktyabrında masaüstü əməliyyat sistemləri bazarında bu platformanın bazar payı 55.71 faiz təşkil edib, ən yaxın izləyicisi «Windows XP»-nin payı 11.68 faizdir.
Emil Hüseynov
«Windows 7» sistemi ilə işləyən fərdi kompüter satışlarının dayandırılacağı tarix bəlli olub
ABŞ-ın «Microsoft» korporasiyası «Windows 7» ilə işləyən fərdi kompüter (FK) satışlarının dayandırılacağı tarixi açıqlayıb. Bu əməliyyat sistemi (ƏS) əvvəlki versiyalardan daha «uzunömürlü» olacaq.«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Microsoft»un saytındakı informasiyaya əsasən, «Windows 7 Professional» ƏS ilə işləyən qurğular və lisenziya açarları 31 oktyabr 2016-cı ilədək satılacaq. Bu tarixdən etibarən yalnız «Windows 10» proqram platforması ilə işləyən qurğular satılacaq.
Qeyd edək ki, «Home Basic», «Home Premium» və «Ultimate» redaksiyalarında «Windows 7» platformasının satışı 31 oktyabr 2013-cü il tarixində dayandırılıb. 1 il sonra əməliyyat sisteminin bu redaksiyaları ilə işləyən kompüterlər mağazalardan yoxa çıxıb. Beləliklə, 1 il sonra «Windows 7» ilə işləyən bütün masaüstü kompüterlər və noutbuklar bazardan yoxa çıxacaq.
«Microsoft» korporasiyası «Windows 7» sisteminin populyarlığı sayəsində onu bazardan çıxarmağa tələsmir. «NetMarketShare» xidmətinin məlumatına görə, 2015-ci ilin oktyabrında masaüstü əməliyyat sistemləri bazarında bu platformanın bazar payı 55.71 faiz təşkil edib, ən yaxın izləyicisi «Windows XP»-nin payı 11.68 faizdir.
Emil Hüseynov
Baxış sayı: 691
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)