Tarix:11/11/15
Ekspertlərin məlumatlarına görə, “Android” əlavələrin 73 faizi üçüncü tərəfə istifadəçilərin elektron ünvanlarını, “iOS” əlavələrinin 47 faizi istifadəçinin olduğu yeri haqqında məlumatları ötürür. Tədqiqatçılar fərdi məlumatların, istifadəçinin olduğu yeri haqqında informasiyanın və axtarış sorğularının ötürülməsini aşkar etmək məqsədilə əlavələrdən istifadə zamanı trafiki qeyd etməyə başlayıblar. Məlum olub ki, hər “Android” əlavə orta hesabla 3,1 kənar domenə məlumat ötürür. "iOS” əlavəsində bu göstərici 2,6 təşkil edir.
“Android” əlavələr "iPhone” üçün proqramlardan fərqli olaraq daha çox istifadəçi adı (49 faiz) və ünvan (25 faiz) kimi məlumatları ötürür. "iOS” əlavələr üçün bu göstərici müvafiq olaraq 18 və 16 faizə bərabərdir.
Ekspertlər tərəfindən idmanla məşğul olma və sağlamlıq vəziyyətinə nəzarət üçün tədqiq edilən otuz proqramdan üçü axtarış sorğuları və istifadəçilərin daxil etdiyi informasiya barədə məlumatları üçüncü tərəfə ötürüb.
“Android” üçün proqramlar daha çox “Google” və “Facebook” məlumatlarını ötürür, - “SecurityLab” yazır.
Tədqiqat: mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür
“Android” və “iOS” əməliyyat sistemləri üçün mobil əlavələr böyük həcmli istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür. Bu qənaətə Massaçusets Texnoloji İnstitutu, Harvard və Karnegi universitetlərinin tədqiqatçıları "Google Play” və “Apple App Store” əlavələr mağazasında 110 əlavəni təhlil etdikdən sonra gəliblər.Ekspertlərin məlumatlarına görə, “Android” əlavələrin 73 faizi üçüncü tərəfə istifadəçilərin elektron ünvanlarını, “iOS” əlavələrinin 47 faizi istifadəçinin olduğu yeri haqqında məlumatları ötürür. Tədqiqatçılar fərdi məlumatların, istifadəçinin olduğu yeri haqqında informasiyanın və axtarış sorğularının ötürülməsini aşkar etmək məqsədilə əlavələrdən istifadə zamanı trafiki qeyd etməyə başlayıblar. Məlum olub ki, hər “Android” əlavə orta hesabla 3,1 kənar domenə məlumat ötürür. "iOS” əlavəsində bu göstərici 2,6 təşkil edir.
“Android” əlavələr "iPhone” üçün proqramlardan fərqli olaraq daha çox istifadəçi adı (49 faiz) və ünvan (25 faiz) kimi məlumatları ötürür. "iOS” əlavələr üçün bu göstərici müvafiq olaraq 18 və 16 faizə bərabərdir.
Ekspertlər tərəfindən idmanla məşğul olma və sağlamlıq vəziyyətinə nəzarət üçün tədqiq edilən otuz proqramdan üçü axtarış sorğuları və istifadəçilərin daxil etdiyi informasiya barədə məlumatları üçüncü tərəfə ötürüb.
“Android” üçün proqramlar daha çox “Google” və “Facebook” məlumatlarını ötürür, - “SecurityLab” yazır.
Baxış sayı: 744
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)