Tarix:12/11/15
"İnnovasiyalar inkişafın bütün mərhələlərində ölkələrin iqtisadi artımının sürətlənməsinə şərait yaradır. Lakin bu şərait avtomatik yaranmır" - ÜƏMT-in baş direktoru Frensis Harri «Qlobal İnnovasiya İndeksi 2015» hesabatının təqdim olunması ilə əlaqədar belə fikir söyləyib. O bildirib ki, hər bir ölkə öz siyasətini elə tənzimləməlidir ki, iqtisadiyyatda mövcud olan innovasiya və yaradıcılıq potensialını səfərbər etməyə imkan versin".
«ICTnews.az» saytı BMT-nin saytına istinadən yazır ki, cari ildə ən yüksək innovasiya reytinqinə malik 25 ölkədən ibarət qrupa yenidən yüksək gəlir səviyyəsinə malik ölkələr daxil edilib. 24-cü pillədə qərarlaşmış Çexiya və 8-ci pilləni tutmuş İrlandiya istisnadır. İnnovasiyaların keyfiyyətinə görə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya və İsveçrə liderdirlər.
Avropa ölkələrinin əksəriyyəti reytinqdə ilk onluq və iyirmilikdə qərarlaşıb.
Hesabat müəllifləri bir sıra yoxsul ölkələrin innovasiya ixtiraları sahəsində uğurunu qeyd ediblər. Orta və aşağı gəlir səviyyəsinə malik ölkələr sırasından dinamik innovatorlar qrupuna Çin, Malayziya, Vyetnam, Hindistan, İordaniya, Keniya və Uqanda daxil edilib. Mərkəzi və Cənubi Asiyada Hindistan və Qazaxıstan innovasiyalar sahəsində regional lider adlandırılıb.
Emil Hüseynov
İsveçrə, Böyük Britaniya, İsveç, Niderland və ABŞ innovasiyalar sahəsində dünya liderləridir
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2015-ci il üzrə dünyada əqli mülkiyyət sahəsində vəziyyətə dair hesabatına əsasən, İsveçrə, Böyük Britaniya, İsveç, Niderland və ABŞ innovasiyalar sahəsində dünya liderləridir. Bu il hesabat innovasiyaların iqtisadi artım və inkişafa təsirinə həsr olunub."İnnovasiyalar inkişafın bütün mərhələlərində ölkələrin iqtisadi artımının sürətlənməsinə şərait yaradır. Lakin bu şərait avtomatik yaranmır" - ÜƏMT-in baş direktoru Frensis Harri «Qlobal İnnovasiya İndeksi 2015» hesabatının təqdim olunması ilə əlaqədar belə fikir söyləyib. O bildirib ki, hər bir ölkə öz siyasətini elə tənzimləməlidir ki, iqtisadiyyatda mövcud olan innovasiya və yaradıcılıq potensialını səfərbər etməyə imkan versin".
«ICTnews.az» saytı BMT-nin saytına istinadən yazır ki, cari ildə ən yüksək innovasiya reytinqinə malik 25 ölkədən ibarət qrupa yenidən yüksək gəlir səviyyəsinə malik ölkələr daxil edilib. 24-cü pillədə qərarlaşmış Çexiya və 8-ci pilləni tutmuş İrlandiya istisnadır. İnnovasiyaların keyfiyyətinə görə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya və İsveçrə liderdirlər.
Avropa ölkələrinin əksəriyyəti reytinqdə ilk onluq və iyirmilikdə qərarlaşıb.
Hesabat müəllifləri bir sıra yoxsul ölkələrin innovasiya ixtiraları sahəsində uğurunu qeyd ediblər. Orta və aşağı gəlir səviyyəsinə malik ölkələr sırasından dinamik innovatorlar qrupuna Çin, Malayziya, Vyetnam, Hindistan, İordaniya, Keniya və Uqanda daxil edilib. Mərkəzi və Cənubi Asiyada Hindistan və Qazaxıstan innovasiyalar sahəsində regional lider adlandırılıb.
Emil Hüseynov
Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)