Tarix:14/11/15
Londonda ticarət birliklərinin konqresində çıxış edən bankın baş iqtisadçısı Endi Holdeyn gələcəkdə nə qədər iş yerinin avtomatlaşdırılacağı ilə bağlı aparılan tədqiqatı təqdim edib. O, əldə olunan göstəriciləri bu və ya digər sektorda çalışan işçilərin sayına vuraraq ümumi nəticənin 15 milyon təşkil etdiyini bəyan edib.
Bu, əhalisinin ümumi sayı 64 milyon təşkil edən Böyük Britaniyanın işləyən əhalisinin təxminən yarısıdır (32,31 milyon nəfər).
E.Holdeyn qeyd edib ki, avtomatlaşdırılmış iş yerlərinin sayı ilə bağlı proqnozlar pessimist görünə bilər. Baş iqtisadçı, həmçinin əlavə edib ki, texnoloji məhsulların insanların məşğuliyyətinə mənfi təsiri ilə bağlı narahatlıq əbəs yerədir və sənaye inqilabı bunu artıq sübut edib.
Bildirilib ki, avtomatlaşdırma prosesi ilə daha çox ticarət və xidmət sahəsi işçiləri qarşılaşacaq. Bank nümayəndələrinin fikrincə, menecer və məmurları robotların əvəz etməsi ehtimalı çox azdır.
Artan avtomatlaşdırmaya cavab olaraq E.Holdeyn diqqəti insanların robotlar üzərində üstünlüyə malik sahələrdə peşəkarların yetişdirilməsinə yönəltməyi təklif edib, - “Qazeta” yazır.
15 milyon britaniyalı robotlara görə işini itirə bilər
Yaxın onilliklərdə 15 milyon iş yerini robotlar tuta bilər. Bu barədə İngiltərə Bankının məlumatında deyilir.Londonda ticarət birliklərinin konqresində çıxış edən bankın baş iqtisadçısı Endi Holdeyn gələcəkdə nə qədər iş yerinin avtomatlaşdırılacağı ilə bağlı aparılan tədqiqatı təqdim edib. O, əldə olunan göstəriciləri bu və ya digər sektorda çalışan işçilərin sayına vuraraq ümumi nəticənin 15 milyon təşkil etdiyini bəyan edib.
Bu, əhalisinin ümumi sayı 64 milyon təşkil edən Böyük Britaniyanın işləyən əhalisinin təxminən yarısıdır (32,31 milyon nəfər).
E.Holdeyn qeyd edib ki, avtomatlaşdırılmış iş yerlərinin sayı ilə bağlı proqnozlar pessimist görünə bilər. Baş iqtisadçı, həmçinin əlavə edib ki, texnoloji məhsulların insanların məşğuliyyətinə mənfi təsiri ilə bağlı narahatlıq əbəs yerədir və sənaye inqilabı bunu artıq sübut edib.
Bildirilib ki, avtomatlaşdırma prosesi ilə daha çox ticarət və xidmət sahəsi işçiləri qarşılaşacaq. Bank nümayəndələrinin fikrincə, menecer və məmurları robotların əvəz etməsi ehtimalı çox azdır.
Artan avtomatlaşdırmaya cavab olaraq E.Holdeyn diqqəti insanların robotlar üzərində üstünlüyə malik sahələrdə peşəkarların yetişdirilməsinə yönəltməyi təklif edib, - “Qazeta” yazır.
Baxış sayı: 515
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet