Tarix:18/11/15
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, «Microsoft» və «Code.org» proqramçılar portalının birgə layihəsi kiçik məktəb yaşlı uşaqlara «Minecraft» oyununun köməyi ilə proqramlaşdırmada alqoritmlərin qurulmasının əsaslarını öyrənməyə imkan verəcək. Xüsusi redaktor oyundan bir fraqmenti nümayiş etdirir, uşaqlar bu oyunda elementləri kiçik bloklar şəklində olan xüsusi proqram komandalarının köməyi ilə idarə edə bilir. Bloklar müəyyən ardıcıllıqla yerləşib və proqram onları hərəkətə gətirir.
Sözügedən öyrədici proqram 6 və daha yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlara müəyyən alqoritmlərin qurulması vasitəsilə müxtəlif məsələləri həll etmək təklif ediləcək.
Bundan başqa, şagirdlərin proqramlaşdırmanın əsaslarını və onun baza mexanizmlərinin işləmə prosesini başa düşməsi üçün proqrama bir çox dərslər əlavə edilib.
Emil Hüseynov
«Microsoft» oyunun köməyi ilə uşaqlara proqramlaşdırmanı öyrədəcək
İsveç proqramçısı Markus Persson tərəfindən yaradılmış həvəskar «Minecraft» oyun layihəsi tezliklə milyonlarla istifadəçinin ürəyini fəth edərək dünyada ən gəlirli oyunlardan birinə çevrilib. O, 4 il sonra bu oyunu «Microsoft» korporasiyasına 2,5 milyard dollara satıb və təsisçisi olduğu «Mojang» studiyasını tərk edib. İndi proqram nəhəngi «Minecraft» oyununu bütün istiqamətlərdə genişləndirməyi planlaşdırır. Belə istiqamətlərdən biri uşaq təhsilidir.«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, «Microsoft» və «Code.org» proqramçılar portalının birgə layihəsi kiçik məktəb yaşlı uşaqlara «Minecraft» oyununun köməyi ilə proqramlaşdırmada alqoritmlərin qurulmasının əsaslarını öyrənməyə imkan verəcək. Xüsusi redaktor oyundan bir fraqmenti nümayiş etdirir, uşaqlar bu oyunda elementləri kiçik bloklar şəklində olan xüsusi proqram komandalarının köməyi ilə idarə edə bilir. Bloklar müəyyən ardıcıllıqla yerləşib və proqram onları hərəkətə gətirir.
Sözügedən öyrədici proqram 6 və daha yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlara müəyyən alqoritmlərin qurulması vasitəsilə müxtəlif məsələləri həll etmək təklif ediləcək.
Bundan başqa, şagirdlərin proqramlaşdırmanın əsaslarını və onun baza mexanizmlərinin işləmə prosesini başa düşməsi üçün proqrama bir çox dərslər əlavə edilib.
Emil Hüseynov
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)