12px13px15px17px
Tarix:23/11/15

23 il əvvəl bu gün dünyada ilk "ağıllı" telefon təqdim edilib

1992-ci il noyabrın 23-də Las-Veqasda keçirilən “COMDEX” sərgisində dünyada birinci "ağıllı" telefon nümunəsi - “IBM Simon Personal Communicator” təqdim edilib. Beləliklə, ictimaiyyət mobil telefon və cib fərdi kompüterinin (PDA) hibridini təşkil edən qurğu ilə tanış olmuşdu.
 
 
O, "Bell South" telekommunikasiya şirkətinin iştirakı ilə "IBM" korporasiyası tərəfindən layihələşdirilmişdi. Mühəndislər yeni cihazda mobil telefon, peycer və faks funksiyalarını birləşdirmək istəyirdilər. Telefon sensor ekran və "QWERTY" düzülüşlü klaviaturaya malik idi. "IBM" və "Bell South" "ağıllı" telefona təqvim, kalkulyator, ünvan kitabçası, oyun, həmçinin elektron poçt kimi imkanlar əlavə etmişdilər. "IBM Simon"-nun ABŞ-da  satışlarına 1994-cü ildə start verilmiş və qiyməti 899 dollar təşkil edirdi.
 
“SPC”-də kamera mövcud deyildi, 4.5 düymlü ekranın təsvir ölçüsü 160×293 nöqtə təşkil edirdi, informasiyanın daxil edilməsi üçün stilusdan istifadə mümkün idi. Daxili yaddaşın həcmi 1 meqabayta bərabər idi, yaddaş kartı vasitəsilə onu 1,8 meqabayta qədər artırmaq mümkün idi.
 
Aparat 16 MHs takt tezliyində işləyən “Vadem” prosessoru ilə təchiz edilmişdi. Tədarük dəstinə iki ədəd nikel kadmium batareyası daxil idi və qurğu sahibi 1 saat danışa bilərdi. "Ağıllı" telefonun çəkisi 500 qramdan bir qədər çox idi.
 
“Simon Personal Communicator”-ın satışları 1995-ci ilin fevralında dayandırılıb.
 
2005-ci ildə birinci "ağıllı" telefon "son 50 ilin 50 ən böyük cihazı" mükafatına layiq görülüb.
 
Emil Hüseynov
 



Baxış sayı: 1463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024