Tarix:26/11/15
Akulaları izləyən dronlar ilə ilk sınaqların Kofs-Harbor şəhərində keçirilməsinə noyabrın 25-dən başlanılıb. Uçan aparatlardan əldə olunan bütün məlumat qeydləri operatorlar tərəfindən təhlil ediləcək.
Bu tədbirlər hökumətin akula hücumlarının sayının azaldılması üzrə proqramın tərkib hissəsidir. Monitorinq üçün dronlardan başqa həmçinin vertolyot və “ağıllı” sualtı çəpərlərdən istifadə nəzərdə tutulur. “Ağıllı” sualtı çəpərlər “GPS” texnologiyasının istifadə edildiyi maneələrdir. Yırtıcı üzərək qarmağa düşən kimi sistem bu barədə müvafiq mütəxəssislərə məlumat verir. Nəticədə onlar tutulan heyvanları çimərlikdən uzaq və insanların olmadığı başqa yerlərə buraxırlar.
“Ağıllı” çəpərlərdən ilk dəfə bu ayın əvvəlində akulanın bir nəfərə hücum etdiyi, fevralda isə yırtıcı hücumunun insan tələfatı ilə nəticələndiyi Almaniyanın Ballin şəhərində quraşdırılması planlaşdırılır.
“Biz elm, o cümlədən yeni texnologiyaların təklif etdiyi müxtəlif imkanları sınaqdan keçirmək niyyətindəyik. Biz çimərliklərin təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli həll tapmağa çalışırıq”, - Yeni Cənubi Uels ştatının naziri Nayoll Bler bildirib.
O, həmçinin qeyd edib ki, bunadək çimərliklərdə patrulun həyata keçirilməsi və akulaların tutulması üçün əsasən insan resurslarından istifadə olunub. Məsələn, bu, Qərbi Avstraliya və Kvinslend ştatlarında belə olub, - "Lenta” yazır.
Avstraliyada akulalar pilotsuz uçan aparatlarla izləniləcək
Avstraliya hakimiyyəti Yeni Cənubi Uels ştatında sahilboyunda istirahət edənləri akula hücumlarından müdafiə etmək üçün pilotsuz uçan aparatlardan (dronlar) istifadə edəcək.Akulaları izləyən dronlar ilə ilk sınaqların Kofs-Harbor şəhərində keçirilməsinə noyabrın 25-dən başlanılıb. Uçan aparatlardan əldə olunan bütün məlumat qeydləri operatorlar tərəfindən təhlil ediləcək.
Bu tədbirlər hökumətin akula hücumlarının sayının azaldılması üzrə proqramın tərkib hissəsidir. Monitorinq üçün dronlardan başqa həmçinin vertolyot və “ağıllı” sualtı çəpərlərdən istifadə nəzərdə tutulur. “Ağıllı” sualtı çəpərlər “GPS” texnologiyasının istifadə edildiyi maneələrdir. Yırtıcı üzərək qarmağa düşən kimi sistem bu barədə müvafiq mütəxəssislərə məlumat verir. Nəticədə onlar tutulan heyvanları çimərlikdən uzaq və insanların olmadığı başqa yerlərə buraxırlar.
“Ağıllı” çəpərlərdən ilk dəfə bu ayın əvvəlində akulanın bir nəfərə hücum etdiyi, fevralda isə yırtıcı hücumunun insan tələfatı ilə nəticələndiyi Almaniyanın Ballin şəhərində quraşdırılması planlaşdırılır.
“Biz elm, o cümlədən yeni texnologiyaların təklif etdiyi müxtəlif imkanları sınaqdan keçirmək niyyətindəyik. Biz çimərliklərin təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli həll tapmağa çalışırıq”, - Yeni Cənubi Uels ştatının naziri Nayoll Bler bildirib.
O, həmçinin qeyd edib ki, bunadək çimərliklərdə patrulun həyata keçirilməsi və akulaların tutulması üçün əsasən insan resurslarından istifadə olunub. Məsələn, bu, Qərbi Avstraliya və Kvinslend ştatlarında belə olub, - "Lenta” yazır.
Baxış sayı: 705
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet