12px13px15px17px
Tarix:10/06/11

Təqaüdlər haqda SMS vasitəsi ilə məlumat almaq mümkündür

Azərbaycanda təqaüdçülərin SMS-bildiriş vasitəsilə onların hesabına pensiyanın ödənilməsi haqqında məlumatlandırılması üzrə xidmətlərin maliyyələşdirilməsi tam şəkildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək. Bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib. "Bu xidmətin həyata keçirilməsi üçün təqaüdçülərin telefon nömrələri haqqında məlumat lazımdır. Biz bütün bankomatların yanında təqaüdçüləri mobil telefon nömrələri haqqında məlumat verməyə çağıran elanlar yerləşdirmişik ki, sonda bu nömrələri bu xidmətləri təqdim edəcək banklara verək", - Səlimov vurğulayıb.
Onun sözlərinə görə, artıq DSMF-də olan informasiya banklara verilib və bu təqaüdçülər artıq bildiriş alırlar.
"Bu xidmət pulsuzdur və könüllülük əsasında həyata keçirilir", - Səlimov qeyd edib.



Baxış sayı: 1854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024