Tarix:17/09/11
Tədbirdə ölkə prezidentinin milli televiziya filmlərinin istehsalı ilə bağlı fərmanından irəli gələn vəzifələr və problemlər müzakirə olunub.
Teleradio yayımçıları, kino rejissorlar, Kinemotoqrafçılar İttifaqının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli ölkə prezidentinin Azərbaycanda milli televiziya filmlərinin və seriallarının çəkilişinə dövlət dəstəyi ilə bağlı sərəncamının çox ciddi məsələ olduğunu bildirib.
Onun sözlərinə bu prosesdə əsas məsuliyyət şuranın üzərinə düşür: “Biz mövcud vəziyyəti qiymətləndiririk. Hazırda ayrılan pulu hansısa prodakşnlar arasında bölüşdürmək fikrində deyilik. Belə olan halda məsuliyyət altında qala bilərik”.
Nuşirəvan Məhərrəmli Mədəniyyət və Turizm Nazirliyinin çəkdiyi milli filmlərlə bağlı narazılığını da bildirib.
O, bu filmlərin yerli telekanallarda nümayiş etdirilməməsinin mənfi hal olduğunu deyib: “Hər il ölkə büdcəsindən nazirliyə milli filmlərin çəkilişi üçün vəsait ayrılır. Son 10 ildə 50-60 film çəkilib. Bu filmlər yalnız beynəlxalq festivallar üçün çəkilməyib.
Bu, çox mənfi haldır. Son illər çəkilən filmlərin Azərbaycan efirlərində göstərilməsinə şərait yaradılmalıdır.”.
Azərbaycanın televiziya efirində xarici filmlərin üstünlük təşkil etdiyini vurğulayan Şura sədri kino sahəsində vəziyyətin qənaətbəxş olmadığını deyib: “ Milli filmlərin sayı da azdır. Hazırda ölkə telekanallarında yayımlanan serialların vəziyyəti qənaətbəxş deyil və cəmiyyətdə bu seriallara fikir birmənalı deyil”.
MTRŞ Azərbaycan filmlərinin hazırkı vəziyyətini müzakirə edib
Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Azərbaycan Respublikasında milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə ölkə prezidentinin milli televiziya filmlərinin istehsalı ilə bağlı fərmanından irəli gələn vəzifələr və problemlər müzakirə olunub.
Teleradio yayımçıları, kino rejissorlar, Kinemotoqrafçılar İttifaqının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli ölkə prezidentinin Azərbaycanda milli televiziya filmlərinin və seriallarının çəkilişinə dövlət dəstəyi ilə bağlı sərəncamının çox ciddi məsələ olduğunu bildirib.
Onun sözlərinə bu prosesdə əsas məsuliyyət şuranın üzərinə düşür: “Biz mövcud vəziyyəti qiymətləndiririk. Hazırda ayrılan pulu hansısa prodakşnlar arasında bölüşdürmək fikrində deyilik. Belə olan halda məsuliyyət altında qala bilərik”.
Nuşirəvan Məhərrəmli Mədəniyyət və Turizm Nazirliyinin çəkdiyi milli filmlərlə bağlı narazılığını da bildirib.
O, bu filmlərin yerli telekanallarda nümayiş etdirilməməsinin mənfi hal olduğunu deyib: “Hər il ölkə büdcəsindən nazirliyə milli filmlərin çəkilişi üçün vəsait ayrılır. Son 10 ildə 50-60 film çəkilib. Bu filmlər yalnız beynəlxalq festivallar üçün çəkilməyib.
Bu, çox mənfi haldır. Son illər çəkilən filmlərin Azərbaycan efirlərində göstərilməsinə şərait yaradılmalıdır.”.
Azərbaycanın televiziya efirində xarici filmlərin üstünlük təşkil etdiyini vurğulayan Şura sədri kino sahəsində vəziyyətin qənaətbəxş olmadığını deyib: “ Milli filmlərin sayı da azdır. Hazırda ölkə telekanallarında yayımlanan serialların vəziyyəti qənaətbəxş deyil və cəmiyyətdə bu seriallara fikir birmənalı deyil”.
Baxış sayı: 1226
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet