12px13px15px17px
Tarix:08/12/15

Kanada operatoru Suriya qaçqınlarına pulsuz telefon paylayacaq

Kanadanın yeni liberal hökuməti bu ilin sonunadək ölkəyə 10 min Suriya qaçqınını dəvət etmək qərarına gəlib. Baş nazir Castin Tryudo bütün ölkəni 10 min yeni kanadalının cəmiyyətə inteqrasiyası məqsədilə birləşməyə çağırıb.
 
Kiçik mobil operatorlardan biri "Wind Mobile" Böyük Torontoda bütün qaçqınları əsas rabitə vasitələri ilə təmin edəcək. Onların hamısı pulsuz mobil telefon və ikiillik pulsuz danışıq tarifi alacaq.
 
Hazırda hansı markalı telefonların verilməsi və hansı tarif planlarının tətbiqi məlum olmasa da, bunun adi telefon və səsli zənglər üçün tarif planları olacağı ehtimal edilir. "Lifeline Syria" xeyriyyə təşkilatı ilə birlikdə həyata keçiriləcək layihənin iki il davam etməsi nəzərdə tutulur.  
 
Kanadanın kiçik və gənc operatorlarından biri olan "Wind Mobile" 2008-ci ildən fəaliyyət göstərir. Operator Kanadada "Yak Communications" stasionar rabitə operatorunun sahibi "Globaville" şirkətinin törəmə müəssisəsidir, -  "www.telekomza.ru" yazır. 



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024