12px13px15px17px
Tarix:11/12/15

Avropa Komissiyası xəbərlər üçün verginin tətbiqini müzakirə edəcək

Avropa İttifaqı hakimiyyəti mobil kontent bazarında fəaliyyət göstərən xəbər şirkətlərini nəşrlərə materiallardan istifadəyə görə qonorar ödəməyə məcbur edə bilər. Avropa Komissiyası bu məsələ ilə Avropanın aparıcı nəşrlərinin başqalarının kontentindən istifadə edərək ödəniş etməyən "Google News" kimi servislərdən çoxsaylı şikayətlərdən sonra məşğul olmaq qərarına gəlib.
 
Avropa Komissiyasının vahid rəqəmli bazar məsələləri üzrə vitse-prezidenti Andrus Ansip bildirib ki, söhbət məqalələr üçün linklərdən istifadəyə görə cərimənin tətbiqindən deyil, pulun qazanıldığı yeni məhsul və vasitəçi xidmətlərin öyrənilməsindən gedir.
 
Qeyd edək ki, bundan əvvəl İspaniya mobil kontent bazarında fəaliyyət göstərən xəbər şirkətləri üçün axtarış nəticəsində məqalələrin məzmununu göstərməyə görə ödəniş tətbiq edib. Bu isə yerli "Google News" filialının fəaliyyətinin dayandırılması ilə nəticələnib. Oxşar qanun Almaniyada da qəbul olunub, - "www.telekomza.ru" yazır.



Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024