12px13px15px17px
Tarix:19/09/11

Ölkəyə qaçaqmal yolu ilə mobil telefon gətirən Azərbaycan vətəndaşı saxlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkəyə qaçaqmal yolu ilə mobil telefon gətirən Azərbaycan vətəndaşını saxlayıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasında Azərbaycan vətəndaşı Rüfət Şıxamirovun gömrüyə bəyan etmədiyi 37 ədəd "BlackBerry Bold 9900" və 10 ədəd "BlackBerry 9800" markalı mobil telefonlar, həmin telefonlara aid qutular və aksesuarlar aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.



Baxış sayı: 1185

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024