12px13px15px17px
Tarix:21/12/15

Alimlər ölümün vaxtını və səbəbini müəyyənləşdirməyə imkan verən proqram hazırlayıblar

Avstraliyanın Melburn və ABŞ-ın Vaşinqton universitetlərinin alimləri ölümün vaxtını və səbəbini müəyyənləşdirməyə imkan verən mobil proqram hazırlayıblar.

 
“ICTnews” elektron xəbər xidməti “www.ilenta.com” resursuna istinadən yazır ki, “BMC Medicine” jurnalında dərc edilən məqalədə alimlər izah edirlər ki, proqram vəfat edən şəxsin qohumlarının təqdim etdikləri məlumatlara əsaslanır. Eyni zamanda, vəfat edənin məskunlaşdığı regionda daha geniş yayılmış xəstəliklərin təhlili aparılır.
 
Smartfon üçün proqram belə ailələrə xəstəliklə bağlı suallara cavabları, vəfat edənin həyat tərzini və yaşadığı yeri təhlil edərək ölümün təxmini vaxtını və səbəbini öyrənməyə imkan verəcək. Proqram, həmçinin fotoşəkilləri analiz edir. Texnologiya artıq Hindistan, Tanzaniya və Şri-Lanka kimi bir sıra ölkələrdə sınaqdan keçirilib. Proqramın dəqiqliyi 76 faizə yaxındır.
 
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) araşdırmalarına görə, hazırda 180 ölkədə vətəndaşların ölüm səbəbləri ilə bağlı statistika aparılmır. Proqram müəlliflərinin sözlərinə görə, belə statistika ölkədə tibbi xidmətlərin səviyyəsini qiymətləndirmək və ölümə səbəb olan xəstəliklərin qarşısını almaq üçün böyük əhəmiyyətə malikdir.  

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ölüm səbəblərinin statistikası Dövlət Statistika Komitəsi tərəfindən  ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlər əsasında hesablanır.

Məlumatların səbəblər üzrə kodlaşdırılması isə Ümumdünya Səhiyyə Təşkilatının X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.


 
Nizam Nuriyev



Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 İyun 2018

22 06 2018

22/06/18
Yeni standart smartfonları avtomobillər üçün açara çevirəcək

Böyük İT şirkətləri və avtomobil istehsalçılarından ibarət “Car Connectivity Consortium” (CCC) konsorsiumu 

22/06/18
“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 

22/06/18
“Android” sistemi üçün təhlükəli virus aşkarlanıb

“ESET” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi üçün faydalı proqramlar şəklində 

22/06/18
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası 

22/06/18
Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış 

22/06/18
“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

22/06/18
“Google” şirkəti “Android”də hesabın idarə edilməsini asanlaşdırıb

“Google” şirkəti “Google Account”un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar “Android

22/06/18
“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Nikols “Gamesindustry