Tarix:22/12/15
Sözügedən şirkət "Pepper" robotlarından istifadəyə dair 1.1 milyon dollarlıq saziş imzalayıb. Adı çəkilən robotlar Yaponiyanın "Aldebaran" şirkəti tərəfindən hazırlanıb.
"ICTnews" elektron xəbər xidməti "ubr.ua" resursuna istinadən xəbər verir ki, "Pepper" oxumağı bacaran və insan emosiyalarına reaksiya verən ilk robotdur. Bu robotlar gəmilərin bortunda qonaqları müşayiət edəcək, restoran və ekskursiya haqda öz tövsiyələrini verəcək. Robotlar alman, italyan və ya ingilis dillərində danışır.
Məlumata əsasən, bir "Pepper" robotu "AIDAStella" gəmisinin bortunda sınaq müddətini keçib.
"Biz gəminin bortunda robotların xidmətindən istifadə edərək innovasiyalara olan sevgimizi bir daha nümayiş etdiririk" – "Carnival Corporation" şirkətinin tərkibinə daxil olan "Costa" qrupunun icraçı direktoru Maykl Tamm belə deyib.
Emil Hüseynov
Gəmilərin bortunda qonaqları robotlar müşayiət edəcək
"Carnival Corporation" kruiz şirkəti öz gəmilərində Yaponiyanın "Pepper" robotlarından istifadə edəcək.Sözügedən şirkət "Pepper" robotlarından istifadəyə dair 1.1 milyon dollarlıq saziş imzalayıb. Adı çəkilən robotlar Yaponiyanın "Aldebaran" şirkəti tərəfindən hazırlanıb.
"ICTnews" elektron xəbər xidməti "ubr.ua" resursuna istinadən xəbər verir ki, "Pepper" oxumağı bacaran və insan emosiyalarına reaksiya verən ilk robotdur. Bu robotlar gəmilərin bortunda qonaqları müşayiət edəcək, restoran və ekskursiya haqda öz tövsiyələrini verəcək. Robotlar alman, italyan və ya ingilis dillərində danışır.
Məlumata əsasən, bir "Pepper" robotu "AIDAStella" gəmisinin bortunda sınaq müddətini keçib.
"Biz gəminin bortunda robotların xidmətindən istifadə edərək innovasiyalara olan sevgimizi bir daha nümayiş etdiririk" – "Carnival Corporation" şirkətinin tərkibinə daxil olan "Costa" qrupunun icraçı direktoru Maykl Tamm belə deyib.
Emil Hüseynov
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı