12px13px15px17px
Tarix:25/01/16

Məsafədən insanın ürək ritmini qeydə almaq mümkündür

“Panasonic” şirkəti ilə Kioto Universiteti birgə xəstənin ürək ritmini təmassız metodla qeydə almağa imkan verən qurğu yaradıblar.
 
İstehsalçıların sözlərinə görə, yeni texnologiya standart elektrokardioqramı əvəz edə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, yeni metodun əsas özəlliyi ondan ibarətdir ki, bu prosesi məsafədən həyata keçirmək mümkündür, yəni sensorları insan bədəninə qurmaq vacib deyil.

Yeni texnologiyanın əsasında işləyən sistem gündəlik işlərlə məşğul olan insan üzərində "müşahidə" apararaq müxtəlif vəziyyətlərdə orqanizmin reaksiyasını qeydə alacaq ki, bu da öz növbəsində fərdi müalicə sxeminin seçimində kömək edə bilər.
 
Qurğu prototipinin uzunluğu təxminən 50 sm təşkil edir. Gələcəkdə istehsalçılar onun ölçüsünü azaltmağı planlaşdırır.
 
Emil Hüseynov
 




Baxış sayı: 1259

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024