Tarix:26/01/16
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” resursuna istinadən yazır ki, insanın skan edilməsində və proyeksiyanın təsvirində “Microsoft”un əvvəlki eksperimentinə cəlb edilən “Room Alive” proyektorları və “Kinect” kameraları iştirak edir. Mütəxəssislərin sözlərinə görə, texnologiya təsviri insanın ona hansı bucaqdan və məsafədən baxmasından asılı olaraq düzgün nümayiş etdirməyə, eləcə də proyeksiyanı stul və digər mebel əşyalarına “əyləşdirməyə” imkan verir.
Texnologiyanın sınaqları yeddi cüt könüllünün iştirakı ilə keçirilib. Onlara bloklardan üçölçülü obyektlər toplamaq tapşırığı verilib. Cütlərdən bir nəfər blokların yerləşdiyi otaqda olub, digəri isə qonşu otaqdan hansı əşyaları toplamağın lazım olması ilə bağlı göstərişlər verib.
Nəticələrə görə, sınaqda iştirak edənlər ünsiyyət üçün “Skype” servisindən istifadə edən zaman tapşırığın yerinə yetirilməsinə 9 dəqiqə sərf ediblər. “Room2Room” texnologiyasından istifadə edəndə isə bu göstərici 7 dəqiqəyədək azalıb. Cütlüklərə üzbəüz duraraq tapşırığı həll etmək tapşırılanda, onlar bunu 4 dəqiqəyə yerinə yetiriblər.
“Microsoft” nümayəndələri bildiriblər ki, texnologiya kommersiya istifadəsi üçün hələ ki hazır deyil.
Nizam Nuriyev
İnsanlar bir-birinin üçölçülü proyeksiyasını görə biləcək
“Microsoft” korporasiyasının tədqiqat bölməsi “Room2Room” videorabitə texnologiyasının təkmilləşdirilməsi üsulunu hazırlayır. Texnologiyanın əsasını həmsöhbətlərin ev interyerində təsvir edilən həqiqi simalarının üçölçülü proyeksiyasını görməsi təşkil edir.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” resursuna istinadən yazır ki, insanın skan edilməsində və proyeksiyanın təsvirində “Microsoft”un əvvəlki eksperimentinə cəlb edilən “Room Alive” proyektorları və “Kinect” kameraları iştirak edir. Mütəxəssislərin sözlərinə görə, texnologiya təsviri insanın ona hansı bucaqdan və məsafədən baxmasından asılı olaraq düzgün nümayiş etdirməyə, eləcə də proyeksiyanı stul və digər mebel əşyalarına “əyləşdirməyə” imkan verir.
Texnologiyanın sınaqları yeddi cüt könüllünün iştirakı ilə keçirilib. Onlara bloklardan üçölçülü obyektlər toplamaq tapşırığı verilib. Cütlərdən bir nəfər blokların yerləşdiyi otaqda olub, digəri isə qonşu otaqdan hansı əşyaları toplamağın lazım olması ilə bağlı göstərişlər verib.
Nəticələrə görə, sınaqda iştirak edənlər ünsiyyət üçün “Skype” servisindən istifadə edən zaman tapşırığın yerinə yetirilməsinə 9 dəqiqə sərf ediblər. “Room2Room” texnologiyasından istifadə edəndə isə bu göstərici 7 dəqiqəyədək azalıb. Cütlüklərə üzbəüz duraraq tapşırığı həll etmək tapşırılanda, onlar bunu 4 dəqiqəyə yerinə yetiriblər.
“Microsoft” nümayəndələri bildiriblər ki, texnologiya kommersiya istifadəsi üçün hələ ki hazır deyil.
Nizam Nuriyev
Baxış sayı: 1212
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı