12px13px15px17px
Tarix:27/01/16

Azərbaycan nağılları “iOS” və “Android” mobil platformalarına uyğunlaşdırılıb

 Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə "Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar" layihəsini həyata keçirməyə davam edir.
 
Layihə çərçivəsində iki xalq nağılı – "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək" hazırlanıb.




 



Kompüter Oyunları Milli Assosiasiyasının prezidenti Ramil Əliyev "ICTnews" Elektron Xəbər Xidmətinə bildirib ki, interaktiv nağılların xüsusi vizual effekti dünyada geniş istifadə olunan və sensor ekran imkanını dəstəkləyən "iOS" və "Android" mobil platformalarına uyğunlaşdırılıb.
 







Bununla da sözügedən nağıllar planşet kompüter və smartfonlar da daxil olmaqla bütün müasir cihazlar üçün əlçatandır.
 
Həmin nağılların köməyi ilə balacalar kiçik yaşlarından etibarən müasir informasiya-kommunikasiya texnologiyalarından və müasir qacetlərdən istifadə etməyi öyrənməklə yanaşı, həm də Azərbaycan xalqının mədəni irsi ilə tanış olacaqlar.
 
 İnteraktiv nağılları izləyərkən ekran qarşısında əyləşmiş hər kəs özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss edəcək, onda maraq yaradan istənilən əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə biləcək. İnteraktiv nağılları subtitrlərin köməyilə də izləmək mümkündür.
 
 
.
Hazırda "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"lə yanaşı, layihə çərçivəsində hazırlanmış bütün xalq nağıllarını yükləmək mümkündür. Belə ki, siz "Play Market" vasitəsilə  istədiyiniz nağılı və yaxud istehsalçının adını (AzKOMA) axtarışa verməklə axtardığınız nəticəni əldə edə bilərsiniz.


Birbaşa yükləmə linkləri:

 - "Yaxşılığa yaxşılıq" nağılı;

  - "Tülkü və hacıleylək" nağılı.

  - digər nağıllar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 3325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024