12px13px15px17px
Tarix:20/09/11

Nəqliyyatda Avstriya texnologiyası

Azərbaycan nəqliyyatın intellektual idarə olunmasında və nəzarət sistemlərində Avstriyanın təcrübəsindən istifadə edə bilər.

Bu barədə “ictnews”-a danışan Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirdi ki, son illər ölkədə nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb və bu, yollarda tıxaclara səbəb olur.

“Azərbaycan bu problemin həlli üçün beynəlxalq təcrübəni öyrənir. Problem nəqliyyat sahəsi və informasiya texnologiyalarındakı təşəbbüslərin birləşdirilməsi yolu ilə həll oluna bilər”

O, daha sonra bildirdi ki, bu gün Azərbaycanda nəqliyyat sahəsində beynəlxalq standartlara cavab verən normativ-hüquqi baza formalaşdırılır, müasir texnologiyalar aktiv şəkildə tətbiq olunur.

Qeyd edək ki, Bakıda səfərdə olan Avstriya nümayəndə heyətinin Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə də görüşü nəzərdə tutulub.



Baxış sayı: 1179

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024