12px13px15px17px
Tarix:11/02/16

Cənubi Koreya şirkətləri “3D” formatlı televizorların buraxılışını dayandırır

Cənubi Koreyanın dünyanın nəhəng televizor istehsalçısı "Samsung Electronics” şirkəti yeni maye-kristal (LCD) televizor modellərinə “3D” funksiyasının əlavə edilməsindən imtina edib. Eyni zamanda digər Cənubi Koreya istehsalçısı "LG Electronics” bu funksiyanı dəstəkləyən yeni modellərin sayını iki dəfə azaldaraq onu yalnız yeni buraxılan ən bahalı televizorlara əlavə etməyi planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “LG” nümayəndəsinin sözlərinə görə, 2016-cı ildə şirkətin yalnız beş yeni televizor modelindən birində “3D” funksiyası dəstəklənəcək. Halbuki 2015-ci ildə bu funksiya modellərin 40 faizində quraşdırılıb.

Bildirilir ki, müvafiq qərar televizorlarda “3D” funksiyasına tələbatın aşağı olması, eləcə də onu əvəz edən “Ultra HD” texnologiyasının yaranması ilə bağlı qəbul edilib. Digər səbəblərdən biri kimi “3D” kontentin kifayət qədər olmaması göstərilir.

Nizam Nuriyev




Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024