Tarix:12/02/16
Qravitasiya dalğaları Lazer İnterferometr Qravitasiya Dalğaları Rəsədxanası – “LIGO” (“Laser Interferometer Gravitational Wave Observatory”) tərəfindən qeydə alınıb. “Alimlər ilk dəfə qravitasiya adlandırılan zaman-məkan toxumasında kiçik titrəyişlər müşahidə ediblər” – press-relizdə deyilir.
Kiçik titrəyişlərlə müşahidə edilən qravitasiya dalğaları Yer kürəsindən 1,3 milyard işıq ili məsafədə yerləşən və Günəşdən 30 dəfə böyük olan iki “qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.
“LIGO” layihəsinin iştirakçılarından biri olan Qabriela Qonsales bildirib ki, qravitasiya dalğalarının hətta səsi eşidilib.
Qravitasiya dalğalarının mövcudluğu haqda Albert Eynşteyn iddia etsə də, lakin onu aşkar etmək üçün keçirilmiş bütün eksperimentlər uğursuzluqla nəticələnmişdi. Belə ki, ən güclü qravitasiya dalğaları belə yalnız kiçik titrəyişlərə səbəb olur.
Qravitasiya dalğalarının kəşfi növbəti dəfə nisbilik nəzəriyyəsinin mövcudluğunu təsdiq edir, həmçinin kvant qravitasiya nəzəriyyəsinin yaradılması istiqamətində işlər aparmağa imkan yaradır. Eyni zamanda alimlər iddia edir ki, bu kəşfin tam mənasını bəşəriyyət hələ bir müddət sonra anlayacaq.
Emil Hüseynov
Alimlər qravitasiya dalğalarını kəşf ediblər
ABŞ Milli Elm Fondu elan edib ki, amerikalı alimlər təqribən 100 il bundan əvvəl Albert Eynşteynin nisbilik nəzəriyyəsi tərəfindən proqnozlaşdırılmış qravitasiya dalğalarının mövcudluğunu təsdiq ediblər.Qravitasiya dalğaları Lazer İnterferometr Qravitasiya Dalğaları Rəsədxanası – “LIGO” (“Laser Interferometer Gravitational Wave Observatory”) tərəfindən qeydə alınıb. “Alimlər ilk dəfə qravitasiya adlandırılan zaman-məkan toxumasında kiçik titrəyişlər müşahidə ediblər” – press-relizdə deyilir.
Kiçik titrəyişlərlə müşahidə edilən qravitasiya dalğaları Yer kürəsindən 1,3 milyard işıq ili məsafədə yerləşən və Günəşdən 30 dəfə böyük olan iki “qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.
“LIGO” layihəsinin iştirakçılarından biri olan Qabriela Qonsales bildirib ki, qravitasiya dalğalarının hətta səsi eşidilib.
Qravitasiya dalğalarının mövcudluğu haqda Albert Eynşteyn iddia etsə də, lakin onu aşkar etmək üçün keçirilmiş bütün eksperimentlər uğursuzluqla nəticələnmişdi. Belə ki, ən güclü qravitasiya dalğaları belə yalnız kiçik titrəyişlərə səbəb olur.
Qravitasiya dalğalarının kəşfi növbəti dəfə nisbilik nəzəriyyəsinin mövcudluğunu təsdiq edir, həmçinin kvant qravitasiya nəzəriyyəsinin yaradılması istiqamətində işlər aparmağa imkan yaradır. Eyni zamanda alimlər iddia edir ki, bu kəşfin tam mənasını bəşəriyyət hələ bir müddət sonra anlayacaq.
Emil Hüseynov
Baxış sayı: 625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet