12px13px15px17px
Tarix:16/02/16

Dünyanın doqquz iri mobil operatoru innovativ servislərin birgə inkişafı üçün alyans yaradıb

"МТС", "British Telecom", "Deutsche Telekom", "JIO Infocomm", "Millicom", "Orange", "Rogers", "TeliaSonera" və "TIM" mobil rabitə operatorları innovativ tərəfdaş şirkətlərin məhsul və xidmətlərinin sürətli və effektiv inkişafı üçün alyans yaradıblar. Alyansın bütün iştirakçılarının ümumi abunəçi bazası 80-dən çox ölkədə 1 milyard nəfəri əhatə edir.

"ICTnews" Elektron Xəbər Xidməti "CNews" resursuna istinadən yazır ki, bütün dünyada bir-birinin coğrafi əhatəsini tamamlayan həmfikir operatorlar üçün açıq meydança olan alyansın yaradılmasında məqsəd innovativ tərəfdaşlar üçün tələbatın olduğu yeni məhsulların birgə istehsalı, bu servislərin bazarda tanıdılması sahəsində ən yaxşı praktikaların mübadiləsi, bazar, aktual tendensiyalar və xidmətlər haqqında informasiya mübadiləsindən ibarətdir. Alyansın fəaliyyəti mobil operatorların bütün müvafiq məhsul kateqoriyalarını, o cümlədən mobil və stasionar rabitə, "B2C" və "B2B" xidmətlərini əhatə edir.

İnnovativ servislərlə birgə tərəfdaşlıq fəaliyyəti üzrə ilk addımlar 2014-cü ildə atılıb və o vaxtdan şirkətlər 30 tərəfdaşla əməkdaşlığa başlayıb. Tərəfdaşlıq xidmətləri, məsələn, "AirBnB", "Celltick", "Disconnect", "Idoomoo", "Magisto", "Mojio" və "Spotify" kimi innovativ şirkətlərə göstərilir.

Nizam Nuriyev 




Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024