Tarix:17/02/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, kvant nöqtələrdən istifadə rəngverməni hazırda bu parametr üzrə ən yaxşısı hesab edilən “OLED” displeylərə nisbətən daha dəqiq ötürən televizorlar yaratmağa imkan verir. Qalınlığı atomların cəmi 20 qatını təşkil edən kvant nöqtələr 2-10 nanometr ölçülü kiçik kristallardır. Onlar ölçüdən asılı olaraq mövcud işıq mənbələrinə nisbətən dar diapazonda işığı şüalandırır. Bu, rəngvermənin dəqiqliyini artırmağa imkan verir.
2016-cı il modelləri işıqlandırmadan asılı olmayaraq təsviri optimal keyfiyyətdə təmin edir. Televizorlar işıqlı və tünd təsvirlər arasında kontrastın artırılması üçün minimum 1000 lif genişləndirilmiş dinamik diapazonu (HDR) təmin edə bilir, yeni "Ultra Black” texnologiyası isə təsvirin keyfiyyətini artırmaq üçün parıltını və əksetməni azaldır.
Yeni televizorlar “Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və istifadəçilər üçün "Smart Hub 2016” vasitəsilə kontent və xidmətlərdən istifadəni sadələşdirir. Televizor işə salındıqdan dərhal sonra istifadəçi onlayn televiziya, “OTT” (over the top - televizordan başqa kontent mənbələri) və oyunlardan istifadə edə bilir. Yeni “Samsung Smart TV”-lər qoşulmuş marşrutlayıcı, oyun konsolu, “OTT” qurğuları və ya ev kinoteatrının növünü avtomatik müəyyənləşdirir. “Samsung Smart Control” funksiyasının köməyi ilə istifadəçilər əlavə funksiyalardan istifadə etmədən birbaşa televizor ekranından bütün qurğuları idarə edə bilərlər.
“EXTRA” düyməsi basılan zaman "Samsung Smart Control” distansiyalı idarəetmə pultunda dərhal ekranda baxılan kontent barədə məlumat görünür. Yenilənmiş “Smart View” əlavəsi istifadəçilərə sevimli kontenti ailə və dostlarla paylaşmağa imkan verir. “Neu Lion” şirkətinin hazırladığı “UHD” texnologiyası idman proqramlarını “UHD live” funksiyası vasitəsilə işə salmağa imkan verir.
Nizam Nuriyev
“Samsung” dünyanın ilk çərçivəsiz bükük televizorlarını təqdim edib
Bu günlərdə Lissabonda keçirilən “Clinical Immunology Society 2016” sərgisində Cənubi Koreyanın “Samsung” şirkəti kvant nöqtə texnologiyaları bazasında displeylərin istifadə olunduğu dünyanın ilk çərçivəsiz dizaynlı yeni nəsil bükük “SUHD” televizorlar seriyasını nümayiş etdirib. Bundan başqa, yeni istehsal xətti əyləncə kontentindən istifadədə sadəliyi və “Əşyalar interneti” texnologiyasını dəstəkləməsi ilə seçilir ki, bunun da sayəsində televizorun köməyi ilə evdə bütün texnikanı idarə etmək mümkündür.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, kvant nöqtələrdən istifadə rəngverməni hazırda bu parametr üzrə ən yaxşısı hesab edilən “OLED” displeylərə nisbətən daha dəqiq ötürən televizorlar yaratmağa imkan verir. Qalınlığı atomların cəmi 20 qatını təşkil edən kvant nöqtələr 2-10 nanometr ölçülü kiçik kristallardır. Onlar ölçüdən asılı olaraq mövcud işıq mənbələrinə nisbətən dar diapazonda işığı şüalandırır. Bu, rəngvermənin dəqiqliyini artırmağa imkan verir.
2016-cı il modelləri işıqlandırmadan asılı olmayaraq təsviri optimal keyfiyyətdə təmin edir. Televizorlar işıqlı və tünd təsvirlər arasında kontrastın artırılması üçün minimum 1000 lif genişləndirilmiş dinamik diapazonu (HDR) təmin edə bilir, yeni "Ultra Black” texnologiyası isə təsvirin keyfiyyətini artırmaq üçün parıltını və əksetməni azaldır.
Yeni televizorlar “Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və istifadəçilər üçün "Smart Hub 2016” vasitəsilə kontent və xidmətlərdən istifadəni sadələşdirir. Televizor işə salındıqdan dərhal sonra istifadəçi onlayn televiziya, “OTT” (over the top - televizordan başqa kontent mənbələri) və oyunlardan istifadə edə bilir. Yeni “Samsung Smart TV”-lər qoşulmuş marşrutlayıcı, oyun konsolu, “OTT” qurğuları və ya ev kinoteatrının növünü avtomatik müəyyənləşdirir. “Samsung Smart Control” funksiyasının köməyi ilə istifadəçilər əlavə funksiyalardan istifadə etmədən birbaşa televizor ekranından bütün qurğuları idarə edə bilərlər.
“EXTRA” düyməsi basılan zaman "Samsung Smart Control” distansiyalı idarəetmə pultunda dərhal ekranda baxılan kontent barədə məlumat görünür. Yenilənmiş “Smart View” əlavəsi istifadəçilərə sevimli kontenti ailə və dostlarla paylaşmağa imkan verir. “Neu Lion” şirkətinin hazırladığı “UHD” texnologiyası idman proqramlarını “UHD live” funksiyası vasitəsilə işə salmağa imkan verir.
Nizam Nuriyev
Baxış sayı: 702
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet