12px13px15px17px
Tarix:19/02/16

Yeni eSIM standartı ənənəvi SIM kartları əvəz edəcək

Dünya mobil rabitə operatorlarının maraqlarını təmsil edən "GSMA” Assosiasiyası yaxın gələcəkdə ənənəvi SIM kartları əvəz etməklə istifadəçilərə “ağıllı” saatlar, fitnes-treker və planşetlərdə quraşdırılan SIM kartları məsafədən aktivləşdirməyə və birbaşa mobil şəbəkəyə qoşmağa imkan verən yeni eSIM standartının təqdim olunacağını bəyan edib. Bu texniki imkan sayəsində smartfonun qurğular arasında “vasitəçi” rolu aradan qaldırılacaq. Texnologiya artıq sənayenin "Samsung”, “LG”, “Huawei” nəhəngləri, eləcə də “AT&T”, “Sprint” və “Verizon” operatorları tərəfindən bəyənilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Samsung” şirkəti həmçinin assosiasiyanın eSIM texnologiyasından istifadə edən yeni "Gear S2 Classic 3G” “smart” saatını hazırlayaraq onu martda təqdim etməyi planlaşdırır.   

Bundan başqa, “GSMA” bu ilin iyulunda smartfonlar üçün eyni standartı yaratmağı nəzərdə tutur ki, bu da ənənəvi SIM kartlar dövrünün sonu ola bilər. Lakin assosiasiya nümayəndələrinin sözlərinə görə, onların planına ənənəvi kartların bazardan tam çıxarılması daxil deyil. “GSMA” yalnız mobil qurğulardan istifadəni daha rahat etmək, eləcə də qurğu istehsalçıları üçün yaradıcılıq sahəsini genişləndirmək niyyətindədir.  

Nizam Nuriyev 




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024