12px13px15px17px
Tarix:22/02/16

“LG” şirkəti qabaqcıl smartfonunu nümayiş etdirib

“LG” şirkəti Barselonada keçirilən “Mobile World Congress 2016” çərçivəsində yeni “G5” qabaqcıl smartfonunu təqdim edib.

Yeni smartfonun əsas özəlliyi 16 və 8 meqapikselli iki  kameraya malik olmasıdır. Kameralardan növbəli istifadə zəif işıqlanma şəraitində şəklin keyfiyyətini yüksəltməyə imkan verir. Kameralar “4K” formatında video çəkilişi dəstəkləyirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “LG G5” cihazının digər bir sistemi alt paneli çıxartmağa imkan verən modulyar sistemdir. Çıxarılıb-taxılan akkumulyatorun tutumu 2800 milliamper/saat təşkil edir.

Aparat 5.3 düym diaqonallı “QHD” təsvir ölçülü displey və qabaqcıl “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilib.

Əməli yaddaşın tutumu 4 QB, əsas yaddaş isə 32 QB-dır.

Emil Hüseynov




Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024