Tarix:23/02/16
Hər 3 aparat (“Xperia X”, “Xperia XA” və “Xperia X Performance”) 5 düym diaqonallı ekranla təchiz edilib. “Xperia X” və “Xperia X Performance” smartfonlarında arxa qapaq şüşə və ya plastikdən deyil, metaldan hazırlanıb. Yeni aparatlarda ön şüşə panelinin yan tərəfləri mailidir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Xperia X Performance” cihazı yeni istehsal xəttində ən məhsuldar qurğudur və dördnüvəli “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilib. Sözügedən smartfonda əməli yaddaşın tutumu 3 QB, daxili yaddaş isə 32 QB təşkil edir, həmçinin tutumu 200 QB-dək olan “microSD” yaddaş kartları dəstəklənir.
“Xperia X” qurğusu “Qualcomm Snapdragon 650” prosessoru ilə işləyir, sukeçirməmək funksiyası istisna olmaqla digər texniki xarakteristikalar böyük modeldə olduğu kimidir.
Sözügedən istehsal xəttində ən kiçik model olan “Xperia XA” qurğusu 720p təsvir ölçülü 5 düym diaqonallı ekran, “MediaTek MT6755” prosessoru və 2 QB əməli yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 13, ön kamerada isə müvafiq göstərici 8 meqapikseldir.
“Xperia X” istehsal xəttinə aid qurğuların qiyməti hələ ki elan edilməyib, ancaq cari ilin yayında hər üç qurğu satışa çıxarılacaq.
“Sony” şirkəti yeni enerji doldurma texnologiyasının köməyi ilə müştəriləri cəlb etməyə ümid edir, “X” seriyasına aid bütün smartfonlar sözügedən texnologiya ilə təchiz edilib. İddialara əsasən, yeni enerji doldurma texnologiyası batareyanın xidmət müddətini 2 dəfə artırır.
“Xperia X” və “Xperia X Performance” qurğularında olduqca qabaqcıl kameralar, məhz predikativ hibrid avtofokusa malik 23 meqapiksellik kameralar qurulub. Bu texnologiya dinamik səhnələrin çəkilişi zamanı düzgün fokuslamanı təmin edir. Qurğulara qurulmuş “selfi” kameraların təsvir ölçüsü 13 meqapikseldir, qaranlıqda keyfiyyətli şəkillər çəkir.
Emil Hüseynov
“Sony” şirkəti qabaqcıl “Xperia X Performance” qurğusunu nümayiş etdirib
Yaponiyanın “Sony” şirkəti Barselonada keçirilən “MWC” sərgisində “Xperia X” smartfonlarının yeni istehsal xəttini təqdim edib.Hər 3 aparat (“Xperia X”, “Xperia XA” və “Xperia X Performance”) 5 düym diaqonallı ekranla təchiz edilib. “Xperia X” və “Xperia X Performance” smartfonlarında arxa qapaq şüşə və ya plastikdən deyil, metaldan hazırlanıb. Yeni aparatlarda ön şüşə panelinin yan tərəfləri mailidir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Xperia X Performance” cihazı yeni istehsal xəttində ən məhsuldar qurğudur və dördnüvəli “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilib. Sözügedən smartfonda əməli yaddaşın tutumu 3 QB, daxili yaddaş isə 32 QB təşkil edir, həmçinin tutumu 200 QB-dək olan “microSD” yaddaş kartları dəstəklənir.
“Xperia X” qurğusu “Qualcomm Snapdragon 650” prosessoru ilə işləyir, sukeçirməmək funksiyası istisna olmaqla digər texniki xarakteristikalar böyük modeldə olduğu kimidir.
Sözügedən istehsal xəttində ən kiçik model olan “Xperia XA” qurğusu 720p təsvir ölçülü 5 düym diaqonallı ekran, “MediaTek MT6755” prosessoru və 2 QB əməli yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 13, ön kamerada isə müvafiq göstərici 8 meqapikseldir.
“Xperia X” istehsal xəttinə aid qurğuların qiyməti hələ ki elan edilməyib, ancaq cari ilin yayında hər üç qurğu satışa çıxarılacaq.
“Sony” şirkəti yeni enerji doldurma texnologiyasının köməyi ilə müştəriləri cəlb etməyə ümid edir, “X” seriyasına aid bütün smartfonlar sözügedən texnologiya ilə təchiz edilib. İddialara əsasən, yeni enerji doldurma texnologiyası batareyanın xidmət müddətini 2 dəfə artırır.
“Xperia X” və “Xperia X Performance” qurğularında olduqca qabaqcıl kameralar, məhz predikativ hibrid avtofokusa malik 23 meqapiksellik kameralar qurulub. Bu texnologiya dinamik səhnələrin çəkilişi zamanı düzgün fokuslamanı təmin edir. Qurğulara qurulmuş “selfi” kameraların təsvir ölçüsü 13 meqapikseldir, qaranlıqda keyfiyyətli şəkillər çəkir.
Emil Hüseynov
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet