Tarix:24/02/16
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, proqram vasitəsilə "ağıllı" fırça istifadəçiyə təmizləmə davamlılığı, eləcə də təmizləmə zamanı göstərilən təzyiq barədə məlumat verir. Diş ətlərinin vaxtından əvvəl sürtülüb yeyilməməsi üçün quraşdırılmış "Oral-B Genius" təzyiq ötürücüsü başlığın fırlanma sürətini zəiflədir.
Xüsusi vaxt ölçüsü ağız boşluğunun hər bir hissəsinə ən azı 30 saniyə ayrılaraq təmizlənməsini tənzimləyir. Fırçanın topladığı enerji yenidən enerji toplamadan ikihəftəlik mütəmadi təmizləməyə yetərli hesab olunur. On iki müxtəlif rəngin daxil olduğu işıqlandırma sistemi sayəsində istifadəçi istəyinə uyğun rəngi seçə bilir.
"Oral-B Genius" dəstinə smartfonun güzgüdə fiksasiyası üçün bərkidici, eləcə də qurğunun enerji topladığı futlyar daxildir.
Bu ilin iyulunda satışa çıxarılacaq "Oral-B Genius" fırçasının qiyməti hələ ki məlum deyil.
Nizam Nuriyev
Məşhur brenddən yeni məhsul: mobil proqramla birlikdə işləyən diş fırçası
Barselonada keçirilən "MWC 2016" sərgisində məşhur "Oral-B" şirkəti yeni məhsul olan "Oral-B Genius" diş fırçasını təqdim edib. Yeni məhsulun özəlliyi smartfon kamerası ilə birlikdə xüsusi mobil əlavədən istifadədədir. Qurğu dişlərin sağlamlığını izləməyə imkan verən sensorlarla təchiz edilib. Belə ki, "Oral-B Genius" sahibinə təmizləmə zamanı dişin müəyyən hissəsi təmizlənmədiyi halda bu barədə xəbərdarlıq edir."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, proqram vasitəsilə "ağıllı" fırça istifadəçiyə təmizləmə davamlılığı, eləcə də təmizləmə zamanı göstərilən təzyiq barədə məlumat verir. Diş ətlərinin vaxtından əvvəl sürtülüb yeyilməməsi üçün quraşdırılmış "Oral-B Genius" təzyiq ötürücüsü başlığın fırlanma sürətini zəiflədir.
Xüsusi vaxt ölçüsü ağız boşluğunun hər bir hissəsinə ən azı 30 saniyə ayrılaraq təmizlənməsini tənzimləyir. Fırçanın topladığı enerji yenidən enerji toplamadan ikihəftəlik mütəmadi təmizləməyə yetərli hesab olunur. On iki müxtəlif rəngin daxil olduğu işıqlandırma sistemi sayəsində istifadəçi istəyinə uyğun rəngi seçə bilir.
"Oral-B Genius" dəstinə smartfonun güzgüdə fiksasiyası üçün bərkidici, eləcə də qurğunun enerji topladığı futlyar daxildir.
Bu ilin iyulunda satışa çıxarılacaq "Oral-B Genius" fırçasının qiyməti hələ ki məlum deyil.
Nizam Nuriyev
Baxış sayı: 598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı