12px13px15px17px
Tarix:25/02/16

Üçölçülü videomesajlarla mübadilə reallaşır

Ötən ilin iyununda “Actiongram” ticarət markası və loqosuna sahiblənən “Microsoft” korporasiyasının rəsmisi bildirmişdi ki, bu marka virtual reallıqla bağlı istifadə ediləcək. Bir neçə gün əvvəl “Actiongram” layihəsinin qapalı beta-versiyası nümayiş etdirilib. Proqram nəhənginin məxfi layihəsi 360 dərəcəli “3D” videofaylların mübadiləsi üzrə eksperimental xidmətdən ibarətdir. Tərtibatçıların fikrincə, “Actiongram” layihəsi “Microsoft”un virtual reallıq qarniturunun unikal xüsusiyyətlərini nümayiş etdirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Actiongram” adlı sınaq hələ ki məhdud sayda funksiyalardan ibarətdir. Sözügedən xidmət tərəfindən yaradılan 30 saniyəlik eskizlərdə reallıqla “HoloLens” obyektləri qarşılıqlı əlaqədə olur.

Virtual obyektlərin seçimi və idarəetməsi üçün sadə jestlərdən istifadə olunur. Bu xidmət yaxın aylarda geniş kütlə üçün əlçatan olmayacaq, çünki “Microsoft” hazırda sözügedən proqramın funksionallığının artırılması üzərində işləyir.

Proqramın 2016-cı ilin iyununda bazara çıxarılacağı gözlənilir.

https://www.youtube.com/watch?v=aGGUyv-nV7c

https://www.youtube.com/watch?v=CUpMz6vGkbc

Emil Hüseynov




Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024