Tarix:27/02/16
Biz dünyada məşğulluq səviyyəsinin azalacağının Almaniyanın "Daimler AG" avtomobil konserninin bölməsi olan "Mercedes-Benz"in rəhbərliyini təsirləndirməsini iddia etmək fikrində deyilik, lakin şirkətin yeni qərarı onu göstərir ki, onlar insanlara üstünlük verir. Belə ki, şirkət avtomatlaşdırılmış konveyerlərdən imtina etməyə və bütün robotların insanlarla əvəz edilməsinə dair qərar verib, çünki "cansız dəmir parçası" ilə müqayisədə insan belə işləri daha keyfiyyətlə yerinə yetirir.
"Robotlar bu gün bizim qarşımızda duran çoxsaylı məsələlərin həllinə fərdi yanaşmanı təmin etmək qabiliyyətinə malik deyillər. Biz daha çox insanı işə götürməklə həm pula qənaət etmiş olarıq, həm də gələcəyimizi daha təhlükəsiz etmiş olarıq" – şirkətin istehsal direktoru Markus Şefer deyib.
"Mercedes-Benz" şirkətinin il ərzində 400 min yeni avtomobil buraxan Zindelfinqen zavodunda yenidən təchiz etmə proseslərinə başlanılacaq. Son zamanlar şirkətin model sırası o qədər artıb ki, robotlar artıq təqdim edilmiş çoxsaylı variantların öhdəsindən gəlmək iqtidarında deyillər.
Şirkət rəsmisi hesab edir ki, daimi yenilikləri, həmçinin istehsal ritminə uyğun işləməyi nəzərə alsaq, robotlar keyfiyyətli iş görmək qabiliyyətinə malik deyillər.
Şirkət qarşıdakı 4 ildə 30 yeni avtomobil modelinin istehsalına başlamağı planlaşdırır və bu o deməkdir ki, istehsal prosesi xeyli dəyişikliklərə məruz qalacaq. Əlbəttə ki, istehsal konveyerlərində avtomatlaşdırmadan tam imtina edilməyəcək. Belə ki, bəzi robotların köməyindən istifadə olunacaq, amma həmin robotlar insanların rəhbərliyi altında işləyəcək, adi və sadə işləri yerinə yetirəcəklər.
"Hi-news.ru" saytı qeyd edir ki, 2013-dən 2014-cü ilədək dövrdə istehsal prosesində robotlardan istifadənin 43% artımını nəzərə alsaq, "Mercedes-Benz"in bu qərarı çox qəribə səslənir. Cənubi Koreyanı bu sahədə qabaqcıl hesab etmək olar. Belə ki, orda 100 min əməkdaşa 478 robot düşür, bu göstərici üzrə Yaponiya ikinci, Almaniya isə üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
“Mercedes-Benz” öz zavodlarında robotlardan imtina edir
"ICTnews" Elektron Xəbər Xidməti bu yaxınlarda dünya KİV-nə istinadən amerikalı alimlərin robot texnikasının inkişafı haqda tədqiqat məlumatlarını dərc edib. Alimlər robot və süni intellekt təkamülünün planetin iqtisadiyyatına və əhalinin rifahına təsirini proqnozlaşdırmağa cəhd ediblər. Nəticə insanlar üçün ürəkaçan olmayıb, belə ki, 25 il sonra dünyada məşğulluq səviyyəsi 60-dan 50%-dək azalacaq.Biz dünyada məşğulluq səviyyəsinin azalacağının Almaniyanın "Daimler AG" avtomobil konserninin bölməsi olan "Mercedes-Benz"in rəhbərliyini təsirləndirməsini iddia etmək fikrində deyilik, lakin şirkətin yeni qərarı onu göstərir ki, onlar insanlara üstünlük verir. Belə ki, şirkət avtomatlaşdırılmış konveyerlərdən imtina etməyə və bütün robotların insanlarla əvəz edilməsinə dair qərar verib, çünki "cansız dəmir parçası" ilə müqayisədə insan belə işləri daha keyfiyyətlə yerinə yetirir.
"Robotlar bu gün bizim qarşımızda duran çoxsaylı məsələlərin həllinə fərdi yanaşmanı təmin etmək qabiliyyətinə malik deyillər. Biz daha çox insanı işə götürməklə həm pula qənaət etmiş olarıq, həm də gələcəyimizi daha təhlükəsiz etmiş olarıq" – şirkətin istehsal direktoru Markus Şefer deyib.
"Mercedes-Benz" şirkətinin il ərzində 400 min yeni avtomobil buraxan Zindelfinqen zavodunda yenidən təchiz etmə proseslərinə başlanılacaq. Son zamanlar şirkətin model sırası o qədər artıb ki, robotlar artıq təqdim edilmiş çoxsaylı variantların öhdəsindən gəlmək iqtidarında deyillər.
Şirkət rəsmisi hesab edir ki, daimi yenilikləri, həmçinin istehsal ritminə uyğun işləməyi nəzərə alsaq, robotlar keyfiyyətli iş görmək qabiliyyətinə malik deyillər.
Şirkət qarşıdakı 4 ildə 30 yeni avtomobil modelinin istehsalına başlamağı planlaşdırır və bu o deməkdir ki, istehsal prosesi xeyli dəyişikliklərə məruz qalacaq. Əlbəttə ki, istehsal konveyerlərində avtomatlaşdırmadan tam imtina edilməyəcək. Belə ki, bəzi robotların köməyindən istifadə olunacaq, amma həmin robotlar insanların rəhbərliyi altında işləyəcək, adi və sadə işləri yerinə yetirəcəklər.
"Hi-news.ru" saytı qeyd edir ki, 2013-dən 2014-cü ilədək dövrdə istehsal prosesində robotlardan istifadənin 43% artımını nəzərə alsaq, "Mercedes-Benz"in bu qərarı çox qəribə səslənir. Cənubi Koreyanı bu sahədə qabaqcıl hesab etmək olar. Belə ki, orda 100 min əməkdaşa 478 robot düşür, bu göstərici üzrə Yaponiya ikinci, Almaniya isə üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 747
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet