12px13px15px17px
Tarix:29/02/16

Süni intellekt şəklin çəkildiyi yeri müəyyənləşdirir

“Google” korporasiyası tərəfindən hazırlanan yeni “PlaNet” neyron şəbəkəsi istənilən fotoşəklin çəkildiyi yeri müəyyənləşdirmək qabiliyyətinə malik olacaq. Süni intellekt hələ ki şəklin çəkildiyi yeri müəyyənləşdirmək üçün geoteqlərdən istifadə edir, amma gələcəkdə buna ehtiyac olmayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Google”un mütəxəssisləri neyron şəbəkəsinin təlimi üçün geoteqlərlə nişanlanmış 90 milyon şəkil kolleksiyasından istifadə ediblər. İlk sınaqların nəticəsi çox ümidvericidir, çünki “PlaNet” neyron şəbəkəsi artıq ölkəni 28,4%, qitəni isə 48% ehtimalla müəyyənləşdirə bilir. Süni intellekt 3,6% halda, hətta şəklin çəkildiyi küçəni tanıyır.

“PlaNet” layihəsinin müəllifi Tobias Veyland öz ideyasını reallaşdırmaq üçün planeti 26 min sektora bölüb və hər bir sektorun ölçüsü bu və ya digər sahədə çəkilmiş şəkillərin sayından asılıdır. Okean, Şimal və Cənub qütbü proqram tərəfindən araşdırılmır. Tərtibatçılar neyron şəbəkəsini sınaqdan keçirərkən “Flickr” şəkil xidmətindən ona 2.3 milyondan çox təsvir göstəriblər və süni intellektin işini qeyd ediblər.

Nəticə hələ ki 100% olmasa da, amma neyron şəbəkəsi daima öyrənir. “PlaNet” sistemi onlaynda 10 təcrübəli səyahətçi ilə yarışan zaman 50 raunddan 28-də qalib gəlib. Bu, heç də pis göstərici deyil.

Emil Hüseynov




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024