12px13px15px17px
Tarix:02/03/16

Amerikalı qadın süni göz sayəsində işıqlı dünyanı görmək imkanı əldə edib

Süni gözün implantasiyası üzrə 5 saatlıq əməliyyat keçirmiş ABŞ-ın Denver şəhərində yaşayan 51 yaşlı Ceymi Karli işıqlı dünyanı görmək imkanı əldə edib.

Həkim Nareş Mandava hələ ötən ilin noyabrında pasiyentə süni göz implantasiya edib, amma yalnız ötən həftə qurğunun son sazlama işləri başa çatdırılıb. Gözün torlu qişasına qurulmuş mikroçip, daxili kamera və ötürücü aparata malik xüsusi eynək sayəsində Ceymi işıq və qaranlığı ayırd edə bilmək, əşyaların cizgilərini görmək qabiliyyətini əldə edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Ceymi 26 yaşında  kor olub. O, nadir irsi degenerativ xəstəlikdən əziyyət çəkir.

Xüsusi eynək, mikroçip və əməliyyatın birgə dəyəri 150 min dollar təşkil edib. Sığorta şirkəti amerikalının bütün xərclərini qarşılayıb.

Emil Hüseynov




Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024